“Norm”un qazancı 115 dəfə artdı – SATIŞINDA REKORD
Azərbaycanda ən böyük sement istehsalçısı “Norm” MMC 2017-ci ili 34 milyon 689 min manat xalis mənfəətlə başa vurub.
“Marja” MMC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə ötən il “Norm”un xalis mənfəəti 115 dəfə artıb. Şirkət 2016-cı ildə cəmi 302 min manat xalis mənfəət əldə etmişdi.
2016-cı illə müqayisədə ötən il “Norm” sementinin satışı 50%-ə yaxın artaraq 126 milyon 272 min manat təşkil edib. İstehsalçı 2016-cı ildə 85 milyon 992 min manatlıq sement satmışdı. Ötən ilki gəlir MMC-nin tarixində ən yüksək illik satış gəliridir.
Satış 50% artsa da, satışın maya dəyəri 21% artıb və ya 2016-cı ildə 62 milyon 551 min manat təşkil etmiş satışın maya dəyəri 2017-ci ildə 75 milyon 693 min manat olub.
Həm satış artdığından, həm də xərclər azaldığından “Norm” MMC-nin əməliyyat mənfəəti artıb. 2016-cı ildə 11 milyon 295 min manat təşkil etmiş əməliyyat mənfəəti 2017-ci ildə 38 milyon 544 min manata yüksəlib. Digər maliyyə xərcləri çıxıldıqdan sonra 34 milyon 731 min manat mənfəət qalıb. MMC ötən il cəmi 42 min manat mənfəət vergisi ödəyib.
Qeyd edək ki, MMC 2015-ci ili 29 milyon 423 min manat zərər ilə bağlamışdı. Həmin il “Norm”un gəlirləri 101 milyon 379 minmanat təşkil etsə də, devalvasiya zavodu böyük məbləğdə zərərə salmışdı. İstehsalçı 2016-cı ildə toparlanmışdı.
31 Dekabr 2017-ci il tarixində “Norm” MMC-nin cəmi aktivləri 234 milyon 888 min manat təşkil edib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Azərbaycanda tikinti materiallarının istehsalı artır. İnşaat işlərinin artması, xüsusilə pilot layihələrin həyata keçirilməsi tikinti materiallarına tələbi artırıb. Digər tərəfdən, ötən illər ərzində “Norm ” MMC satış işini təkmilləşdirib, müştərilər və ustalar ilə sıx əlaqələr qurmağı bacarıb.
İl | Satış | Xalis mənfəət/-Xalis zərər |
| - | -1 milyon 955 min manat |
2010 | - | -3 milyon 24 min manat |
2011 | - | -3 milyon 201 min manat |
2012 | - | -3 milyon 758 min manat |
2013 | 2 milyon 618 min manat | -8 milyon 162 min manat |
2014 | 51 milyon 880 min manat | 713 min manat |
2015 | 101 milyon 379 min manat | -29 milyon 428 min manat |
2016 | 85 milyon 992 min manat | 302 min manat |
2017 | 126 milyon 272 min manat | 34 milyon 689 min manat |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
1 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
4 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI




















