"Unibank" 15 milyon manata yaxın mənfəət əldə edib
Unibank 15 milyon manata yaxın mənfəət əldə edib.
"Unibank" KB ASC 2018-ci ilin ikinci rübünü də müsbət göstəricilərlə başa vurub. Bir çox sahələrdə inkişafa imza atan bank, 2018-ci ilin ikinci rübünü 15 milyon manata yaxın mənfəətlə yekunlaşdırıb. Hazırda bankın məcmu kapitalı 79 milyona çatıb.
2018-ci ilin ikinci rübü ərzində Unibankda əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, rəqəmsal bankçılıq sahəsində də əhəmiyyətli dərəcədə artım davam etməkdədir.
İkinci rüb ərzində də aktiv kreditləşmə müşahidə olunub. 2018-ci ilin ikinci rübü ərzində ilin əvvəlinə nisbətən kiçik və orta biznes, mikro və nağd istehlak kreditləri üzrə artım qeydə alınıb.
Unibank ölkə əhalisinin ən çox güvəndiyi banklar siyahısında qalmaqda davam edir. İlin əvvəlindən bu yana banka qoyulan depozitlərin həcmi artıb. Hazırda bankın depozit portfeli 246 milyon manatı keçib.
Ölkədə nağdsız ödənişlərin dövriyyəsnin artmasına yüksək töhfə verən bank, ikinci rüb ərzində də debet kartlarının satışında ciddi artım əldə edib. Ötən ilin sonu ilə müqayisədə debet kartların sayı 11% artıb.
Unibank ikinci rüb ərzində kart bazarında bir ilkə imza atıb. Bank istənilən hava yollarında pulsuz aviabilet qazandıran UniMiles kart məhsulunu dövriyyəyə buraxıb. Bu tarixədək ölkə bazarında bütün hava yollarında pulsuz aviabilet qazanmaq imkanı verən kart məhsulu olmadığından, Unibank müştərilərinin məhz bu arzusunu reallaşdırıb.
Öz fəaliyyətində müştəri məmnuniyyətini əsas prioritetlərindən hesab edən bank, sərfəli və əlçatan bank məhsul və xidmətləri sayəsində nəzərəçarpan müştəri artımına nail olub. Bu ilin ilk yarısında bank müştərilərinin sayı artaraq bir milyona yaxınlaşıb.
Ölkənin ən innovativ bankına çevrilməyi qarşısına məqsəd qoyan Unibank, bu ilin 2-ci rübü ərzində rəqəmsal bankçılıq sahəsində də yüksək göstəricilər əldə edib. Ölkədə ən çox yüklənən mobil bank əlavəsi olan Unibank Mobile 2018-ci ilin ən yaxşı mobil əlavəsi kimi NETTY2018 Azərbaycanın Milli internet mükafatını alıb.
Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə seçilən Unibank, ikinci rüb ərzində də güllə atıcılığı üzrə milli paralimpiya komandası ilə birgə maraqlı layihələr həyata keçirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 d. əvvəl
-
7 d. əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
8 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb -
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)




.jpg)







