Nazirlər Kabinetində iclas keçirilib - qeyri-rəsmi məşğulluq azalır
"Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər əldə edilib".
Bunu iyunun 20-də Nazirlər Kabinetində keçirilən Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının beşinci iclasında Baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov deyib.
İclasda “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nda əks olunmuş tapşırıqların icrası məqsədilə həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr müzakirə olunub.
Ə.Əhmədov bildirib ki, ötən müddətdə ölkədə qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində, o cümlədən işəgötürənlər və işləyənlər arasında münasibətlərdə müəyyən irəliləyişlər əldə edilib. Bu ilin beş ayı ərzində Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində (ƏMBEİS) artım 43 434 əmək müqaviləsi təşkil edib ki, bunlardan 9 560-ı Naxçıvan Muxtar Respublikasındadır. Keçən ilin eyni dövründə isə bu göstərici 21 506 müqavilə təşkil edib. Beləliklə, cari ildə əmək müqavilələri üzrə artım tempinin müsbət saldosunun 2 dəfədən çox artması müşahidə olunub.
Baş nazirin müavini qeyd edib ki, 2017-ci ilin əvvəlinə 1 milyon 265 mindən çox müqavilə, ötən il iyunun 1-dək 1 milyon 287 mindən artıq müqavilə bağlanıb. Bu il yanvarın 1-i vəziyyətinə isə 1 milyon 310 mindən çox müqavilə, iyunun 1-dək 1 milyon 354 mindən çox müqavilə bağlanıb. Bağlanan əmək müqavilələri üzrə ən çox artım topdan və pərakəndə satış, eləcə də tikinti sahələrində olub. Bu il mayın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyon 538,2 min nəfərə çatıb.
Komissiyanın sədri vurğulayıb ki, komissiya qarşısında 36 bənd üzrə işlərin yerinə yetirilməsi vəzifə kimi qoyulub. Bu tədbirlərdən 12-si tam, 8-i isə qismən icra edilib. Digər vəzifələrin icrası üzrə işlər davam etdirilir.
Sonra “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ndan irəli gələn tapşırıqların icrası ilə bağlı komissiya yanında yaradılan işçi qrupların rəhbərlərinin məruzələri dinlənilib.
İclasa yekun vuran Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov deyib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlərlə əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
5 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























