Satışın kiçik Qırmızı kitabı
www.readit.az saytının sizin üçün hazırladığı növbəti məqalə satış haqqındadır. Əminik ki, satış haqqında yazılan bir çox kitabla bağlı məlumatınız var. Həmçinin, saytımızda mövcud olan “Satış” kateqoriyasındakı kitablara da baxa bilərsiniz. Ancaq Cefri Qitomerin “Satışın kiçik qırmızı kitabı” adlı kitabı sizə bu günə qədər öyrəndiklərinizdən fərqli bir baxış bucağı bəxş edəcək. Müəllif bu praktik kitabda sizə satışı necə satın almaya çevirə biləcəyinizlə bağlı faydalı məsləhətlər verir. Qeyd edək ki, kitabın qısa məzmunu azərbaycan dilində ilk dəfə saytımız vasitəsilə təqdim olunur.
Müəllif satış edə bilmədiyiniz tənəzzül dövrlərində aşağıdakıları etməyi tövsiyə edir:
- Ən yaxşı 5 müştərinizlə danışın. Onlardan vəziyyətinizi qiymətləndirməsini xahiş edin.
- Lazımsız görüşlərdən yayının. Müvəffəqiyyətsiz və davamlı çətinliklərdən danışan insanlarla ünsiyyət quraraq tənəzzülü sürətləndirməyin.
- Yoluxucu xəstəlik kimi yayılan neqativ müzakirələrdən və neqativ insanlardan uzaq dayanın.
- Bir çox satış mütəxəssisi böyük bir səhv edir; onlar işə əvvəldən yox, ortadan, yəni birbaşa fəaliyyətlə başlayırlar. Əslində isə, əvvəlcə fəaliyyət planlaşdırılmalı, sonra isə həyata keçirilməlidir. Beləliklə, plan qurun, yaxud qurduğunuz planı dəyişdirin.
- Yaxşı bir satış mütəxəssisi olmaq üçün ilk növbədə yaxşı insan olmalısınız. Özünüzü bu baxımdan qiymətləndirin.
Bilik gücdür və tez-tez verilən suallara yaxşı cavablar vermək əksər hallarda satışa təsir edən əsas amillərdəndir. Bu baxımdan müştərini danışdırmaq çox vacibdir, ancaq unutmayın ki, onu yönləndirmək sizin əllərinizdədir. Bunun üçün müştəriyə öz ehtiyaclarını və istəklərini təsvir edə biləcəyi suallar verməlisiniz. Müştəriniz haqqında əvvəlcədən tədqiqat aparmalısınız. Bu məqsədlə, internetdən, sosial mediadan, satış şəbəkəsindən, istinadlardan və müştəri idarəetmə sistemlərindən istifadə edə bilərsiniz.
Müəllifin fikrincə, görüş satışın dayaq nöqtəsidir. Çünki onun sayəsində istənilən məhsul və ya xidmətin satışını reallaşdıra bilərsiniz. İşlədiyiniz sahədə mütəxəssis olmalısınızsa, potensial və ya mövcud müştərilərinizin məhsul və xidmətlərinizi harada və necə istifadə etdikləri haqqında məlumatlı olmalısınız. Müəllif potensial müştərilərlə uğurlu əlaqələr qurmaq üçün aşağıdakıları tövsiyə edir:
1. Potensial müştərilərinizdən şəxsən razılıq alın.
2. Potensial müştərinin komandasına daxil olun, “biz” əvəzliyindən istifadə edin.
3. Qərar qəbulunda iştirak edən bütün insanlar üçün görüş təşkil edin.
4. Qərar qəbul etmə prosesində ən səlahiyyətli şəxsin kim olduğunu əvvəlcədən öyrənin.
5. Təqdimatınızı yenidən edin.
Qısa məzmunun ardını buradan oxuya bilərsiniz = > İndi Oxu
Sonda qeyd etmək istərdik ki, Amerikanın qabaqcıl jurnallarının ən çox oxunan kitablar siyahısında yer tutuan bu kitab uğur qazanmaq istəyən hər satıcının masaüstü kitabı olmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
2 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
6 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)










