"İri həcmlərdə e-ticarət məhsulları Azərbaycan üzərindən daşınacaq"
Polşa Poçtunun vitse-prezidenti və İdarə Heyətinin üzvü Vieslav Vlodekin rəhbərlik etdiyi nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-də olublar.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan "Marja"ya daxil olmuş məlumata görə, “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyev qonaqlara Azərbaycanda poçt sahəsində həyata keçirilən işlər və reallaşdırılan beynəlxalq əhəmiyyətli layihələr barədə ətraflı məlumat verib.
E.Əfəndiyev xüsusilə vahid məkanda poçt və telekommunikasiya xidmətləri təqdim edən “Şəbəkə” layihəsi, itirilən sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən “Poçtap” xidməti və Azərbaycanı regional tranzit poçtdaçıma mərkəzinə çevirən “HUB” layihəsi ilə bağlı nümayəndə heyətini məlumatlandırıb.
O bildirib ki, Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqe, respublikamızda regional və beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması, eləcə də Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb.
“Bunun nəticəsi olaraq Azərbaycan Poçtu ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərir. “Azərpoçt” MMC elektron ticarət məhsullarını poçt kimi emal edərək, onların MDB və digər ölkələrə daşınma və çatdırılmasını həyata keçirir. Hazırda layihə üzrə fəaliyyətin genişləndirilməsi məqsədilə Çində, Cənubi Koreyada və Sinqapurda ekspress daşıyıcı kimi fəaliyyət göstərən digər şirkətlərlə də danışıqlar aparılır və yaxın zamanlarda daha iri həcmlərdə e-ticarət məhsullarının Azərbaycan üzərindən xarici ölkələrə daşınması və çatdırılması planlaşdırılır”-deyə baş direktor qeyd edib.
Görüşdə qarşılıqlı olaraq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması kimi məsələlər müzakirə olunub.
Polşa Poçtunun nümayəndələri Azərbaycan poçtu ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
Sonra qonaqlar “Şəbəkə” xidmət mərkəzində yaradılan şəraitlə tanış olublar.
Polşa Poçtunun Beynəlxalq əlaqələrin inkişafı və strategiyası şöbəsinin direktoru Krjiştof Qorski “Şəbəkə” layihəsini poçt sahəsində atılan unikal addım adlandırıb.
Qeyd edək ki, 460 il bundan əvvəl yaradılan Polşa milli poçt operatoru “Poczta Polska” Ümumdünya Poçt İttifaqının üzvü olan 192 ölkə arasında fəaliyyət tarixinə və inkişafına görə ilk 10-luqda yer alır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 23 saat sonra
-
20 d. əvvəl
Bratislava ilə Bakı arasında birbaşa uçuşlara bu ilin payızında başlanılacaq
-
56 d. əvvəl
Müştəri narazılığının çox və ya az olduğu sürətli poçt xidməti şirkətləri - SİYAHI
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
"Bolt" Azərbaycan üzrə Baş menecer təyin etdi
Dövlət şirkətinə Baş direktor təyin edilib
Ən çox oxunanlar
WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi






.jpg)







.jpg)





