Baytarlıq problemləri açıqladı
Dövlət Xidmətində qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib
31 may 2018-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində(DBNX) Dövlət Xidmətinin və onun tabeliyində olan Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası əməkdaşlarının iştirakı ilə qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bayandur Rzayev bildirib ki, bu gün qarşıda duran ən ümdə məsələ ölkədə epizootik sabitliyin qorunub saxlaması və heyvandarlığın inkişafında nəzərdə tutulmuş hədəflərə nail olmaqdır.
Belə ki, Dövlət Xidməti öz fəaliyyətlərini günün tələblərinə-aqrar sahənin dinamik inkişafına, innovasiyaların tətbiqinə yönəltməlidir. Kənd təsərrüfatının intensiv inkişafı, baytarlıq xidməti ilə təsərrüfatların əlaqələrinin genişləndirilməsi, yerlərdə baytarlıq mütəxəssislərinin bilik və təcrübələrindən geniş formada istifadə edilməsi müasir dövrün tələbləridir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
B.Rzayev baytarlıq qurumlarının qarşılaşdığı problemlərə toxunaraq qeyd etdi ki, köçkün rayonların vətəndaşlarına məxsus heyvanların peyvənd edilməsi sahəsində yaranan müəyyən çətinliklər, dövlət tərəfindən verilmiş vaksinlərin “soyuq zəncir” prinsipinə uyğun heyvanlara tətbiqində yaranan gecikmələr aradan qaldırılmalı, rayon (şəhər) baytarlıq idarələrinə ezam edilən baytarlıq mütəxəssislərinin yerlərdə göstərdikləri köməkliklər, xidmətin maddi-texniki təminatının və əhalinin heyvan xəstəliklərinə qarşı aparılan peyvəndləmələrin vacibliyi sahəsində maarifləndirmələrə diqqət artırılmalıdır. Həmçinin qeyd edib ki, yerlərdə heyvandarlarla tez-tez görüşlər keçirilməli, əhali arasında baytarlıq sahəsində görülən işlərin təbliğ-təşviqatı aparılmalı, fermerlərin qarşılaşdığı problemlər yerində araşdırılmalı və lazımi tədbirlər görülməlidir.
B.Rzayev qeyd edib ki, ölkədə bir sıra sahələrin, o cümlədən aqrar sahələrin inkişafı ilə bağlı dövlət proqramı qəbul olunub. Bu dövlət proqramının həyata keçməsində baytarlıq mütəxəssisləri üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməlidirlər.
B.Rzayev onu da vurğulayıb ki, Dövlət Xidmətin əməkdaşları günün tələbləri səviyyəsində fəaliyyət göstərməli, innovasiyaların tətbiqi sahəsində bilik və bacarıqlarını artırmalı, tez-tez fermalarda, heyvan sahibləri ilə sıxı ünsiyyətdə olmalı, eləcə də qarşıya qoyulan hədəflərə çatmaq üçün müasir iş prinsipindən düzgün istifadə etməlidirlər.
Tədbirin sonunda geniş fikir mübadiləsi aparılıb və respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində görüləcək tədbirlər barədə müvafiq tapşırıq və göstərişlər verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
5 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
5 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək


























