“Azərbaycanda Özbəkistan Ticarət evinin açılması məsələsinə baxılır”
Özbəkistanda Azərbaycan sərmayəsi ilə 73 birgə müəssisə daxil olmaqla 84 müəssisə fəaliyyət göstərir.
Bunu Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev Azərbaycan Sahibkarlar Konfederasiyasının “Biznes həyatı” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu müəssisələr ticarət, mühəndislik, metal emalı, maliyyə, enerji, xidmət, ərzaq və yüngül sənaye kimi sahələrdə fəaliyyət göstərir: “Öz növbəsində, Azərbaycan ərazisində "Özbəkistan Hava Yolları " Milli Səhmdar Şirkətinin, Özbəkistanda "Ravon" markası altında geniş çeşidli sərnişin avtomobillərinin aparıcı istehsalçısı olan “Uzavtoproma” səhmdar şirkətinin, o cümlədən yüksək keyfiyyətli və rəqabətə davamlı elektrotexnika məhsulları istehsal edən “Artel” şirkətinin nümayəndəlikləri fəaliyyət göstərməkdədilər”.
Səfir bildirib ki, bununla yanaşı Özbəkistanın mövcud potensialını yalnız birgə müəssisələr və fəal şirkətlərin sayı barədə yuxarıda göstərilən məlumatlar əks etdirmir: “Bununla əlaqədar tərəfimizdən müxtəlif növ məhsulların buraxılmasına yönəldilmiş yeni birgə müəssisələrin yaradılması üzrə bir sıra işlər görülür, Azərbaycanda Özbəkistan Ticarət evinin açılması məsələsinə baxılır”.
AŞAĞI FAİZLƏ 1 GÜNƏ KREDİT VERİLİR
O hesab edir ki, daha bir perspektivli istiqamət investisiya əməkdaşlığıdır: “Bu fürsətdən istifadə edərək, qeyd etmək istəyirəm ki, bu gün Özbəkistanda prezident Şavkat Mirziyoyevin rəhbərliyi altında ölkəmizdə öz layihələrinin həyata keçirilməsində maraqlı olan xarici investorlar üçün əlverişli biznes mühitinin yaradılmasına xüsusi diqqət yetirilir. Müasir mərhələdə Özbəkistanda investisiya və biznesin açılması üçün ən əlverişli şərait yaradılmışdır, burada nəinki iqtisadi sahənin liberallaşdırılması üzrə atılan addımlar, həm də özbək xalqının peşəkarlığı və əməksevərliyi də nəzərdə tutulub. Bu baxımdan müasir iqtisadiyyatın təməli hesab olunan azad iqtisadi zonaların sayının artması, 45 sənaye zonalarının yaradılmasının qeyd edilməsi mühümdür. Onların ərazisində investorlar üçün ən əlverişli güzəştli şəraitlər yaradılmışdır və yerli - xarici bazarlarda tələb olunan tekstil, kimya, tikinti, mebel, qida, elektrik və digər məhsulların istehsalına başlanılıb.
O həmçinin xüsusi qeyd edib ki, azad iqtisadi zonalar iştirakçıları bir çox növ vergilərin ödənilməsindən, həmçinin onlar tərəfindən edilən sərmayələrin həcmindən asılı olaraq gömrük ödənişlərindən 10 ildən 3 ilədək müddətə azad olunurlar: “Bununla yanaşı azad iqtisadi zonaların iştirakçısı olan müəssisələrin mühəndis kommunikasiyalara təminatlı qoşulması təmin olunur. Əminəm ki, Özbəkistanda yaradılan şərait Özbəkistan tərəfdaşları ilə qarşılıqlı faydalı əlaqələrin qurulmasında maraqlı olan Azərbaycanın işgüzar dairələrinin diqqətini cəlb edəcək”.
© APA
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
- 9 saat əvvəl
-
9 saat əvvəl
2 otaq studiyadan 4 otaqlıya qədər: “Park Yasamal”da yeni mənzillər satışdadır!
-
10 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 5 milyon manatlıq boru istehsalı layihəsi
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
Ən çox oxunanlar
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
İyunun 5-nin hava proqnozu - 32 dərəcəyədək isti gözlənilir
Yollarda yeni tanınma nişanı olacaq
Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
Yayın ilk böyük endirimi!


















.jpg)





