Neft ərəblərin açıqlaması ilə ucuzlaşıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Suhail Al Mazrouei, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) 3 üzvünün (Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ) birlikdə, İrana sanksiyaların yenidən tətbiq edilməsi vəziyyətində bazarda yaranacaq kəsiri örtməyə güclərinin olduğunu açıqlayıb. Bu açıqlama neft qiymətlərinin yüksəlməsini dayandırıb.
Digər tərəfdən, "Baker Hughes"ın açıqladığı məlumatlara görə, ABŞ-da neft qazma qurğularının ayı 2015-ci ilin Mart ayından bu yana ən yüksək səviyyəsinə çatıb.
Bakı vaxtı ilə saat 08:15-ə olan məlumata görə, Qərbi Texas nefti (WTI) 0,4% ucuzlaşaraq 70.70 dollara, Brent nefti 0,5% ucuzlaşaaq 76.69 dollara düşüb. Ötən həftə Brent neftinin qiyməti 78 dollara yaxınlaşmışdı.
Neft, ABŞ Prezidenti Donald Trampın ölkəsinin İran ilə nüvə müqaviləsindən çıxdığını və bu ölkəyə ən sərt sanksiyaların tətbiq ediləcəyini açıqlamasının ardından bahalaşmışdı. Sanksiyaların tətbiq edilməsi ilə İranın neft ixracının azalacağı və müvafiq olaraq da qlobal bazada neft təklifinin azalacağı bildirilir. İndi ərəblərin bu kəsiri ödəməyə hazı olduqlaını açıqlaması narahatlıqları azaldır. Bu səbəbdən qiymətlər düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)


