"Hesablama Palatası haqqında" yeni qanun II oxunuşda müzakirə edilib
Milli Məclisin (MM) İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Hesablama Palatası haqqında" yeni qanun dəyişikliklər layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
Palatanın sədri Vüqar Gülməmmədovun sözlərinə görə, sənədin I oxunuşda təsdiqindən sonra keçən 5 ay ərzində 30-dan çox maddəyə texniki və məzmun düzəlişləri edilib.
"Bunlar həm kəmiyyət, həm də keyfiyyət baxımından edilən dəyişikliklərdir. Bu dəyişikliklər müsbət təsirini göstərəcək. Onlar həm ölkədaxili qanunvericlik aktlarını, həm də beynəlxalq standartları nəzərdən keçirməklə həyata keçirilib. Dəyişikliklər Palatanın funksiyaları, audit tədbirləri, korrupsiya ilə bağlı hüquqpozmalara qarşı mübarizəsi ilə bağlıdır", - deyə o, qeyd edib.
XXXX XXXX
Parlament komitəsinin sədri Ziyad Səmədzadə isə bidlriib ki, Palatanın maliyyələşdirilməsi ilə bağlı maddədə "dövlət büdcəsindən əlavə qanunla nəzərdə tutulmayan digər mənbələr hesabına" yazılması mübahisəli məsələdir. "Maliyyələşdirmədə dövlət büdcəsindən başqa mənbə olmamalıdır. Bu məsələyə təkrar baxmaq lazımdır. MM-in digər mənbəyi yoxdur. Bu qurumun da digər mənbəyi ola olmaz".
O, həmçinin qeyd edib ki, əsas məsələ HP ilə digər qurumlar arasında əlaqənin qurulmasıdır.
Qanun layihəsi II oxunuşda plenar iclasa tövsiyyə olunub.
© Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 29 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır


















