Əksər sığorta şirkətləri balans kapitalının hesabına "böyüyüb"
Azərbaycanda fəaliyyət göstərən əksər sığorta şirkətlərinin aktivləri onların balans kapitalının hesabına formalaşıb. Başqa sözlə, sığortaçıların aktivlərində öhdəliklərin payı elə də çox deyil.
Bu apardığı araşdırma nəticəsində məlum olub.
Belə ki, bu il yanvarın 1-nə olan vəziyyət görə, "Naxçıvan Sığorta" ASC istisna olmaqla maliyyə hesabatı vermiş 20 sığorta şirkətindən 4-nün aktivlərində balans kapitalının payı 80%-dən yüksəkdir. Yəni, həmin şirkətlərin öhdəliklərinin aktivlərindəki payı heç 20%-ə də çatmır. Bunlar "Amrah Sığorta", "Rəvan Sığorta", "Xalq Sığorta" və "Bakı Sığorta" ASC-lərdir.
Qalan 16 sığorta şirkətindən 3-də balans kapitalının aktivlərə nisbəti 70-80% arasında, 5 şirkətdə 50-60% arasında, 5 şirkətdə 40-50% arasında, 1 şirkətdə 30-40% arasında, 2 şirkətdə isə 20-30% arasındadır.
Hesabat tarixinə, sığorta sektoru üzrə orta nisbət isə 47,7% - 52,3% olub.
№ | Sığorta şirkətinin adı | Şirkətin aktivlərində | |
Balans kapitalının payı | Öhdəliklərin payı | ||
1 | Amrah Sığorta | 88,60% | 11,40% |
2 | Rəvan Sığorta | 87,84% | 12,16% |
3 | Xalq Sığorta | 87,35% | 12,65% |
4 | Bakı Sığorta | 83,37% | 16,63% |
5 | Azərbaycan Sənaye Sığorta | 74,90% | 25,10% |
6 | İpək Yolu Sığorta | 73,34% | 26,66% |
7 | Meqa Sığorta | 72,27% | 27,73% |
8 | Azərsığorta | 57,03% | 42,97% |
9 | Atasığorta | 55,61% | 44,39% |
10 | AXA Mbask | 55,09% | 44,91% |
11 | Günay Sığorta | 54,59% | 45,41% |
12 | A-Qrup Sığorta | 53,86% | 46,14% |
13 | Azsığorta | 48,98% | 51,02% |
14 | Qala Həyat Sığorta | 48,81% | 51,19% |
15 | Qala Sığorta | 48,32% | 51,68% |
16 | PAŞA Sığorta | 43,23% | 56,77% |
17 | Standard Insurance | 40,98% | 59,02% |
18 | Atəşgah Sığorta | 30,20% | 69,80% |
19 | PAŞA Həyat Sığorta | 27,64% | 72,36% |
20 | Atəşgah Həyat Sığorta | 27,48% | 72,52% |
21 | Naxçıvan Sığorta | Açıqlamayıb | Açıqlamayıb |
| Orta hesabla | 47,70% | 52,30% |
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
11 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi














.jpg)





