“GünayBank”ın xalis mənfəəti kəskin azaldı
“GünayBank” ASC 2018-ci ilin 1-ci rübünü 1 milyon 267 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ilin 1-ci rübü ilə müqayisədə Bankın xalis mənfəəti 2,4 dəfə azalıb. “GünayBank” 2017-ci ilin yanvar-mart dövrünü 3 milyon 49 min manat xalis mənfəət ilə bağlamışdı.
Ötən ilin ilk rübündə “GünayBank”ın cəmi gəlirləri 2 milyon 989 min manat ikən, cari ilin eyni dövründə 4 milyon 181 min manat təşkil edib. Xərclər isə 1 milyon 657 min manatadan 2 milyon 344 min manata yüksəlib.
2017-ci ilin ilk rübündə 1 milyon 331 min manat əməliyyat mənfəəti əldə etmiş “GünayBank”, 2018-ci ilin ilk rübündə 1 milyon 837 min manat əməliyyat mənfəəti qazanıb. Əməliyyat mənfəətinin 570.51 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb. Halbuki, ötən ilin ilk rübündə Bankın yaratdığı ehtyatın 1 milyon 718 min manatı gəlirə çevrilmişdi. Bu səbəbdən bankın xalis mənfəəti yüksək olmuşdu.
"GünayBank"ın müştərilərə verdiyi cəmi kreditlər ötən ilin sonundakı 122 milyon 760 min manatdan 2018-ci ilin 1-ci rübünün sonunda 146 milyon 347 min manata yüksəlib. Verilmiş kreditlərin artması Bankın faiz faiz gəlirlərinin də 1 milyon 691 min manatdan 1 milyon 986 min manata yüksəlməsinə kömək edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














.jpg)

