"Koroğlu"da sıxlığı azaldacaq tunelin inşası yekunlaşır
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətinə dövlət başçısının tövsiyyə və tapşırıqlarına əsasən “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektində, Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tunelinin inşası yüksək keyfiyyətlə və sürətlə davam etdirilir.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, tunelin ümumi uzunluğu 655 metr, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil edir. Avtomobil tuneli hər biri 4,5 metr eni olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin ümumi eni isə 11,5 təşkil edəcək.
Tikinti layihəsinə uyğun olaraq, tunelin prospektin altından keçməsi üçün svay vurma və qazıntı işləri tam olaraq yekunlaşdırılıb, qazılmış tunelin üstü betonlanaraq asfaltlanıb, tunelin içərisində kanalziasiya-drenaj xətləri çəkilib, yaxınlıqdan keçən yüksək təzyiqli kommunikasiya boruların üzərindən 1 aşırımlı və 21 metr uzunluğunda körpü inşa edilib.
Hazırda ərazidə layihənin sonuncu mərhələsi həyata keçirilir. Belə ki, tunelin içinin və çölünün üzlənməsi, tunel və yanaşma yolların torpaq yatağının kipləşdirilməsi,tunel çıxış hissəsinin yanından keçməklə “Sabunçu yol qovşağı”na qalxan köməkçi yolun inşası işləri davam etdirilir. Köməkçi yolun uzunluğu 700 metr, eni isə 9 metr təşkil edir. Bu yolun köməkliyi ilə Heydər Əliyev prospekti ilə hərəkət edən sürücülər və tuneldən çıxan sürücülər sözügedən yol hissəsi vasitəsi ilə rahat və maneəsiz şəkildə “Sabunçu yol qovşağı”na daxil ola biləcəklər.
Ümumilikdə isə tunelin inşasında məqsəd günün pik saatlarında "Koroğlu" metrostansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn avtonəqliyyat vasitələri “Böyük Şor” yol qovşağına daxil olmadan və “Koroğlu” metrostansiyasının qarşısından keçmədən Hava limanı istiqamətində gedə biləcəklər.
Yeni avtomobil tuneli hazır olanda artıq avtomobillər Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və ordan da Bakı Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edəcəklər: “Bu isə sıxlığın azalmasına gətirib çıxaracaq”.
Avtomobil tuneli texnoloji ardıcıllığa riayət olunmaqla “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə inşa olunur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 27 d. əvvəl
-
-
30 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
52 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















