Bank “Onlayn hüquq məsləhətçisi” adlı xidmət təklif edir - QİYMƏTLƏR
Azərbaycanda ilk dəfə bank VTB (Azərbaycan) müştərilərinə onlayn rejimdə hüquq məsləhəti almağa imkan verən “Onlayn hüquq məsləhətçisi” adlı məhsul təklif edir.
Məhsul Avropa Hüquq Xidməti ilə birgə hazırlanıb və 8 ölkə- Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan, Polşa və Almaniya qanunvericiliyini nəzərə alaraq müştərilərə istənilən vaxtı və onlayn rejimdə bir sıra məsələlər üzrə hüquq məsləhəti almağa imkan verir.
Təklif olunan xidmətlər sırasına standart sənədlərin və onların tərtib edilməsi üzrə təlimatların verilməsi, müxtəlif sənədlərlə bağlı məsləhətlər, biznes-layihələrin hazırlanmasında kömək, danışıqların aparılması, eləcə də bir sıra məsələlər üzrə, o cümlədən sahibkarlıq məsələləri üzrə şifahi hüquqi məsləhətlər daxildir.
“Gündəlik həyatda tez-tez hüquqi yardım və ya məsləhət tələb edən hadisələrlə rastlaşırıq. “Onlayn hüquq məsləhətçisi” paketini əldə edərək bizim müştərilər şəxsi hüquqşünasları vasitəsi ilə həm ölkə daxilində, həm də xaricdə istənilən hüquqi məsələni həll edə bilər. Hüquqşünas müştərinin təmsilçisi kimi çıxış edərək onun yerinə danışıqlar da apara bilər” deyə - bank
VTB(Azərbaycan)-ın Təhlil, metodologiya və bank məhsullarının hazırlanması şöbəsinin müdiri Rasim Xammədov qeyd edib.
Müştərilərə “Onlayn hüquq məsləhətçisi” məhsulunun 4 paketi təklif olunur, xidmətlərdən asılı olaraq paketin qiyməti 60 manatdan 125 manatadək dəyişir. Məhsuldan bir il ərzində istifadə etmək olar (əldə edən gündən etibarən).
“Onlayn hüquq məsləhətçisi” xidmətinə bank VTB (Azərbaycan)-ın istənilən filialında qoşulmaq mümkündür. Hüquqşünasla əlaqə saxlamaq üçün aşağıdakı kommunikasiya kanallarından istifadə etmək olar: www.huquq24.az saytında şəxsi kabinet, [email protected] elektron poçtu, Skype, 088 800 2323 nömrəli pulsuz telefon (Azərbaycan üçün).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
3 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
3 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!





















