Müxtəlif xidmətlərin hədiyyə olaraq satışını təşkil edir - AZƏRBAYCANDA İLK
Azercell Telekom və PAŞA Bankın dəstəyilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ölkədə sahibkarlığın inkişafına yönəlik layihələri davam edir. Belə ki, Barama Mərkəzində yaradılan startap və hazırda təklif etdiyi xidmət növünə görə ölkədə ilk və yeganə satış portalı olan “Happy Moments” artıq fəaliyyətə başlayıb.
“Happy Moments” Azərbaycanda müxtəlif xidmət növlərinin hədiyyə olaraq satışını təşkil edən ilk portaldır. Portalın əsas məqsədi insanlara zaman itirmədən fərqli hədiyyə seçimi etməsinə imkanı yaratmaqdır. https://happymoments.az saytı insanlara müxtəlif xidmət növlərinin hədiyyə olaraq online satışını təşkil edir.
Startap-ın ideya müəllifi və təsisçiləri olan Ülviyyə Əkbərova və Süleyman Bağırlı “Happy Moments” portalı haqqında məlumat verərkən onun artıq Azərbaycanda bütün xidmət sektorlarını əhatə etdiyini və alıcıların portalda istənilən sektora uyğun məhsul tapa biləcəklərini qeyd etmişdir.
Portal hədiyyə seçimini sürətləndirmək üçün “Hədiyyələr” və “Kim üçün” adlanan menyularla mövcud hədiyyələr üzrə 2 fərqli istiqamətdə seçim etmək imkanı yaradır. Hər bir menyu əsas kateqoriyalar və subkateqoriyalardan ibarətdir.
“Hədiyyələr” menyusu bütün xidmət sektorlarını əhatə edən “Aktiv İdman”, “Kurslar və treninqlər”, “Əyləncə”, “Fotosessiya və portret”, “Səyahət və turlar”, “Gözəllik” və “Sağlamlıq” adlı əsas kateqoriyalar və hər bir kateqoriya üzrə müxtəlif subkateqoriyaları özündə birləşdirir.
“Kim üçün” adlanan menyu isə “xanımlar”, “bəylər”, “uşaqlar”, “cütlüklər” və “valideynlər” adlı kateqoriyalardan ibarət olmaqla hədiyyə seçimini sürətləndirməklə yanaşı, müştərilərə hədiyyə alacağı şəxsə uyğun fərqli və kreativ hədiyyə seçimi etməkdə köməklik göstərir.
Portaldan alınan xidmət növləri alıcıların istəyinə uyğun olaraq elektron və ya hədiyyə şəklində xüsusi hədiyyə qutusunda çatdırılır.
“Happy Moments” portalının digər üstünlüyü hədiyyə seçimi etməkdə çətinlik çəkən müştərilər üçün təklif edilən xüsusi “Happy Moments Hədiyyə Kartı” – dır. Müxtəlif məbləğlərdən ibarət hədiyyə kartını almaqla siz, hədiyyə edəcəyiniz şəxsə sərbəst seçim imkanı yaradır və hədiyyə edilən şəxs öz istəyinə uyğun seçim edir.
“Happy Moments” satışları ümumilikdə pərakəndə satış və korporativ sektor olmaqla, iki istiqamətdə həyata keçirilir. Pərakəndə satış online olaraq hər kəs üçün, korporativ satışlar isə şirkət əməkdaşları üçün nəzərdə tutulduğundan offline olaraq həyata keçirilsə də, şirkətlərin hədiyyə olaraq əsas üstünlük verdiyi “Happy Moments Hədiyyə Kartı”- nın son seçimi də hədiyyəni qəbul edən şəxslər tərəfindən online olaraq həyata keçirilir.
Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin Barama Mərkəzi fəaliyyətdə olduğu 9 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 70-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 40-ı uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan bir sıra müstəqil şirkətlər yaranıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
11 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)













