“Azsığorta” zərərə düşməsinin səbəblərini açıqladı

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “Azsığorta” ASC 2017-ci ilin maliyyə hesabatını ictimaiyyətə açıqlayıb.
Hesabata əsasən 2017-ci ildə şirkət könüllü və icbari sığorta növləri üzrə ümumilikdə 25 318 070 manat sığorta haqqı toplayıb ki, bu da 2016-cı ilin göstəricisindən 10% və ya 2,4 milyon manat çoxdur. İnvestisiya və digər gəlirləri daxil olmaqla “Azsığorta”-nın keçən il üzrə ümumi gəlirlərinin həcmi 31 325 091 manat təşkil etmişdir.
Keçən ilin əsas əməliyyat gəlirlərinin 24 956 986 manatı birbaşa sığorta üzrə sığorta haqlarının, 361 083 manatı təkrarsığorta üzrə təkrarsığorta haqlarının, 545 077 manatı sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə, 118 565 manatı isə təkrarsığortaya verilmiş müqavilələr üzrə komisyon muzdların payına düşür.
İcbari sığorta növləri üzrə yığımın həcmi 18 636 350 manat təşkil etmişdir ki, bu göstərici keçən illə müqayisədə 12% çoxdur. Könüllü sığorta növləri üzrə toplanmış sığorta haqlarının həcmi 6 681 719 manat olub ki, 2016-cı ilin müvafiq göstəricisindən 6% çoxdur.
Ötən il şirkətin cəmi xərcləri 34 milyon 389 min manat təşkil edib.
Şirkətin 2017-ci ildə hesablanmış sığorta və təkrarsığorta ödənişləri 9 096 708 manat təşkil etmişdir ki, buda 2016-cı ilin göstəricisi ilə müqayisədə 17% çoxdur. Ödənişlərin 7 132 315 manatı icbari sığorta növləri üzrə (2016-cı ilin nəticələri ilə müqayisədə 21% artım), 1 964 392 manatı isə könüllü sığorta növləri üzrə (2016-cı ilin göstəricisindən 6% çox) olmuşdur.
“AzSığorta” ASC 2017-ci ili 3 milyon 64 min manat xalis zərər ilə başa vurub.
“Qlobal iqtisadi böhranla bağlı baş verən proseslər fəaliyyətimizə mənfi təsir etməmişdir. Əksinə hökumətimizin səmərəli iqtisadi siyasəti nəticəsində inkişaf üçün yeni imkanlar yaranmışdır. 2017-ci il bizim və ümumilikdə sığorta bazarı üçün çoxlu çağırışlar ili oldu. Biz spesifik iqtisadi konyuktura fonunda bir sıra cəsarətli qərarlar verdik ki, bunları şirkətimizin yeni – 3 illik biznes strategiyasında əks etdirmişik. Yeni strategiyamıza uyğun olaraq biz Azərbaycanın ən innovativ və texnoloji sığorta şirkəti olmağı hədəfləyirik. Məhz buna görə, keçən il gəlirlərimizin bir hissəsini yeni proqram təminatlarına və innovasiyalara yönəltdik. Bundan başqa biz maliyyə dayanıqlığımızı gücləndirmək və requlyatorun tələblərinə tam cavab vermək üçün ehtiyatlarımızı daha da artırdıq. Məhz bu faktorlarda öz növbəsində bizim xərclərimizin artmasına və keçən ilin nəticələrinə görə, zərərin yaranmasına səbəb oldu. Lakin onu qeyd edim ki, birdəfəlik xərclərimiz müvəqqəti olaraq artsa da, qəbul etdiyimiz biznes strategiya dicitallaşma vasitəsilə əməliyyat xərclərinin azalmasına və gələcəkdə mənfəətimizin artmasına gətirib çıxaracaq. Yəni bir sözlə, bütün bunlar gələcək üçün yatırım idi” – deyə, “Azsığorta” ASC İdarə Heyətinin Sədri Anar Talıbov bildirib.
2017-ci ildə şirkət yeni ofisə köçməklə yanaşı bir sıra sosial layihələr həyata keçirib.
İl ərzində şirkətin aktivlərinin həcmi 1 milyon manata yaxın artaraq 2017-ci ilin sonuna 61 milyon manat təşkil etmişdir.
“Azsığorta” 2006-cı ildən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
5 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
6 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
6 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
7 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 7 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
