Mərkəzi Bank 5 nominasiyada qalib bankların adlarını açıqlayıb - SİYAHI
Mərkəzi Bank nağdsız ödənişlərin inkişafı ilə bağlı müxtəlif nominasiyalar üzrə keçirdiyi müsabiqənin qaliblərini mükafatlandırdı
Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə nağdsız ödənişlərin inkişaf etdirilməsi, innovativ ödənişlərin tətbiqi, elektron bankçılığın və elektron ticarətin genişləndirilməsi istiqamətində müxtəlif nominasiyalar üzrə müsabiqə nəticələrini elan etmiş və qalib bankları mükafatlandırmışdır.
Tədbirdə Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev tərəfindən qeyd olundu ki, ölkədə nağdsız ödənişlərin inkişafı Mərkəzi Bankın fəaliyyətinin ən mühüm prioritetlərindən biridir və bu istiqamətlərdə Azərbaycan Banklar Assosasiyası, aidiyyatı dövlət qurumları, bank sektoru ilə birlikdə davamlı tədbirlər həyata keçirilir, layihələr reallaşdırır. O, qeyd etdi ki, ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə də nağdsız ödənişlərin inkişafı əsas prioritet təşkil etmiş və Mərkəzi Banka rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün təkliflərin hazırlanması, maarifləndirmə, təbliğat və təşviqat işinin aparılması tapşırığı verilmişdir.
Verilmiş tapşırığın icrası məqsədi ilə Mərkəzi Bank tərəfindən 2017-ci il ərzində beynəlxalq ekspertlərin cəlb edilməsi ilə “Nağdsız Azərbaycan” layihəsi həyata keçirilmiş və nəticədə “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanmış, aidiyyatı qurumlarla razılaşdırılaraq təsdiq edilməsi üçün hökumətə təqdim edilmişdir. Eyni zamanda, Mərkəzi Bank tərəfindən fiziki və hüquqi şəxslər arasında 24/7/365 rejimində həyata keçirilən əməliyyatların anında başa çatmasına imkan verən “Ani ödənişlər sistemi”nin yaradılması layihəsinə başlanılmışdır.
Mərkəzi Bank rəqəmsal ödənişlərin istifadəsinin artırılması məqsədilə cari ildə ölkə üzrə kütləvi təbliğat və təşviqat kampaniyasının təşkil edilməsini planlaşdırır. Bu istiqamətdə artıq kommunikasiya planı hazırlanmışdır. Mərkəzi Bank Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Banklar Assosiasiyası və bank ictimaiyyəti ilə birgə kommunikasiya planını icra edəcəkdir.
Alim Quliyev bildirdi ki, nağdsız ödənişlərin artırılması istiqamətində aparılmış məqsədyönlü tədbirlər nəticəsində son 5 il ərzində ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi 4.8 dəfə, POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi 4.6 dəfə, elektron ticarət vasitəsilə aparılan əməliyyatların həcmi isə təxminən 4 dəfə artmışdır.
Mükafatlandırma tədbirində Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirdi ki, maliyyə sektorunda nağdsız hesablaşmaların çəkisinin artması bank sistemində əlavə maliyyə resursların yaranmasına şərait yaradır və bankların investisiya potensialını genişləndirir. O, nağdsız ödənişlərin inkişaf etdirilməsi istiqamətində koordinasiyalı fəaliyyətin zəruriliyini vurğulayaraq qeyd etdi ki, nağdsız hesablaşmalarla bağlı həm bankların, həm də son istifadəçilərin xərclərinin azaldılması bu sahəyə marağı artıracaqdır. O, əhaliyə göstərilən xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaq üçün bankomat şəbəkələrindən qarşılıqlı xidmət haqqının minimallaşdırılması və ya tətbiq edilməməsi şərti ilə istifadə imkanlarının yaradılmasını banklara tövsiyə etdi.
Tədbirin sonunda 2017-cı ildə Mərkəzi Bank tərəfindən elan edilmiş 5 nominasiya üzrə aşağıdakı qalib banklar mükafatlandırılmışdır:
“Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə:
I yer “Paşa Bank” ASC;
II yer “Bank Respublika” ASC;
III yer “Expressbank” ASC.
“Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə:
I yer “Bank Respublika” ASC;
II yer “Unibank” KB ASC;
III yer “Paşa Bank” ASC.
“Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə:
I yer “Unibank” KB ASC;
II yer “Bank of Baku” ASC;
III yer “Azərbaycan Beynəlxalq Bankı” ASC.
“Təmassız ödəniş kartları üzrə lider bank”:
I yer “Unibank” ASC;
II yer “Expressbank” ASC;
III yer “Naxçıvanbank” ASC.
“Təmassız POS-terminal infrastrukturu üzrə lider bank”:
I yer “Naxçıvanbank” ASC;
II yer “Expressbank” ASC;
III yer “Bank Respublika” ASC
.
Elan edilmiş nominasiyalar üzrə qalib banklarla yanaşı əldə olunan göstəricilərə görə fərqlənən ilk 5-likdə olan banklara isə təşəkkür məktubu təqdim edilmişdir.
Strateji Yol Xəritəsi ilə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Mərkəzi Bank Maliyyə Bazarlarına Nəzarət Palatası, Banklar Assosiasiyası və banklarla birlikdə rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində əlaqəli fəaliyyətini davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
50 d. əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
56 d. əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
59 d. əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
1 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır





















