"Çin neftə qiymət qoyacaq"
"Çin neft qiymətlərini davamlı olaraq müəyyən bir səviyyədən aşağı saxlamağa çalışacaq"
Türkiyə Enerji Strategiyaları və Siyasətləri Araşdırma Mərkəzinin (TESPAM) sədri Oğuzhan Akyener, Şanxay Beynəlxalq Enerji Birjasında (INE) Çinin yerli pul vahidi ilə (yuan) ticarət olunacaq neftin, qlobal bazarlar üzərindəki mümkün təsirlərini qiymətləndirib.
"Marja" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, Çinin bu neft həmləsinin qısa müddətdə mövcud bazarlar üzərində önəmli bir təsirinin olmayacağını dilə gətirən Akyener, "Ancaq gələcəkdə INE-dəki əməliyyat həcminin yüksəlməsilə yuan fyuçerslərinin neft qiymətləri üzərindəki təsiri də artacaq. Çin neft qiymətlərini davamlı olaraq müəyyən bir səviyyənin altında saxlamağa çalışacaq. Bunun üçün orta hesabla bir neçə ilə ehtiyac var",- deyib.
Akyener, neft qiymətlərindəki dəyişikliklərin ABŞ dollarının məzənnəsi ilə tərs mütənasib olduğunu, gələcək dövrdə INE sayəsində, dolların neft qiymətləri üzərindəki təsirinin də əhəmiyyətli dərəcədə azalacağını qeyd edib.
INE-nin artan, güclənən və yeni dünya nizamı qurmaq istəyən Çinin mühüm addımlarından biri olduğuna işarə edən Akyener, belə deyib:
"Bu həmlə idxal həcmi nəzərə alındıqda, Çinin milli enerji təhlükəsizliyi baxımından etməsi gözlənilən bir gedişdi. Çin uzun müddətdir üzərində işlədiyi bu layihə ilə Dubay, Oman, Masila (Yəmən), İran, Qətər, Upper Zakum (BƏƏ) və Shangli (Çin) neft növləri olmaq üzrə 7 qravitasiyada satış edəcək. Beləliklə, bu birjada, həm yerli pul vahidilə ticarət imkanı əldə olunacaq, həm də gələcək baxımından qiymətlərin sabitləşdirilməsi əməliyyatları aparılacaq. Digər tərəfdən, Türkiyənin də bu prosesləri yaxından təqib edib, Şanxay Əməkdaşlıq Təşkilatı Enerji Klubundakı mövqeyini istifadə edərək özünə imkanlar yaradacaq həmlələr planlaşdırması lazımdır"
ÇİN GÜNDƏLİK 9 MİLYON BARREL NEFT İDXAL EDİR
Akyener, "Dünyanın ən böyük xam neft idxalçısı Çinin bu birja ilə ticarət həcmini artırmağı və neftə qiymət qoymağı hədəfədiyini bildirib.
Çinin hazırda gündəlik 8-9 milyon barrel neft idxalı olduğuna diqqəti çəkən Akyener, bunları qeyd edib:
"INE-də yuan ilə başlanmış neft fyuçersləri uzun perspektivdə qlobal bazarda qiymət baxımından üstünlük yaradacaq. Çin neft sahəsində də addım-addım dünya liderliyini ABŞ-ın əlindən almağa başladı. Çin milli neft şirkəti, idxal miqdarının 2018-də gündəlik 12 milyon barrelə, 2030-da isə bu miqdarın günlük 18 milyon barrel səviyyələrinə çatacağını təxmin edir. Çinin yalnız öz idxal müqavilələrini bu birja üzərindən işə salması da qlobal bazarlar üzərində ciddi effekt yaradacaq. Qlobal bazarda neft satış həcminin gündəlik 96 milyon barrel həcmində olduğu düşünülsə, Çin indidən bu həcmin 10%-ni əlində tuta bilər. Şərait yaransa, Rusiya, Hindistan, İran, Cənubi Çin Dənizi ölkələri və bəzi Yaxın Şərq və Afrika ölkələrinin də iştirakı ilə uzun perspektivdə INE, Brent və Qərbi Texas növü (WTI) ilə rəqabət edə biləcək mövqeyə gələ bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
2 saat əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
1 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
1 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
1 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
1 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Martın 28-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
























