"AZTV-nin sədri Şamaxıda torpaq alıb, gizli saxlayırdı"
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri"QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən Şücaət Əkbərov vəsatətlə çıxış edərək şəkər xəstəsi olduğunu, ayağının çürüdüyünü deyib. O, barəsində tibbi ekspertiza keçirilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
İclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.
Ş. Əkbərov ifadəsində bildirib ki, A. Alışanovu 2007-ci ildən tanıyır: "Gəlib Şamaxıda torpaq alırdılar. Mən yeri tapırdım və vasitəçilik edirdim. Arif Alışanov özü torpağa baxırdı, sonra alqı-satqı olurdu. Mən tək Arif Alışanovla yox, çox adamla alver etmişəm. Heç birində problem olmayıb. Arif Alışanovun kürəkəni Fərid də torpaq almışdı. Onlar boşananda Fəridi polislə gətirdilər və bütün əmlakı adından çıxarıb Alışanovun qızının adına keçirdilər. Arif Alışanov torpaq almasını gizli saxlayırdı. Çox vaxt maşından düşmürdü, torpaq sahibi ilə görüşmürdü".
Ş. Əkbərov Arif Alışanovun MTN əməkdaşları vasitəsilə ona təzyiq etdiklərini deyib: "Arif Alışanov MTN-in adamı idi. Mən şahid adı çəkmirəm. Lazım olanda şahidlərimi gətirəcəm. Kim olsa soruşar ki, aldığın torpağın sənədi hanı? Mən onu necə aldada bilərəm? Mən heç əsgərlikdə silah istifadə etməmişəm. Nəyimə lazımdır avtomat? Mənim Arif Alışanovu öldürmək fikrim olmayıb. Mən onu öldürüb nəyə nail olacaqdım? Gəlirdi torpaq alırdı, pul qazanırdım. Əməliyyat olunanda mənə kömək edib. Nə ziyanı olub ki, öldürəm?"
Proses martın 14-də davam etdiriləcək.
4,5 milyon manatlıq iddiasını icraata qəbul edilib
Qeyd edək ki, A. Alışanov iddia ərizəsi ilə məhkəməyə müraciət edib. A. Alışanov 4 milyon 500 min manat məbləğində dəymiş ziyanın təqsirləndirilən Şücayət Əkbərov tərəfindən ödənilməsini istəyib.
Məhkəmə iddia ərizəsini icraata qəbul edib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 12 saat sonra
-
-
4 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
4 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
5 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
5 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























