“Bank Respublika” növbədənkənar yığıncaq çağırdı

30 Mart 2018-ci il tarixində “Bank Respublika” ASC səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcəkdir.
“Marja” Bankın elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə yeni səhmlərin buraxılması yolu ilə nizamnamə kapitalının artırılmasının təsdiq edilməsi, yeni səhmlərin buraxılması və nizamnamə kapitalının artırılması ilə əlaqədar olaraq Bankın nizamnaməsinə müvafiq dəyişikliyin və Audit Komitəsinin tərkibinin təsdiq edilməsi daxildir.
Yığıncaq Bankın Baş ofisində keçiriləcəkdir.
BU AY KAPİTALINI 10 MİLYON MANAT ARTIRMIŞDIR
Xəbər verdiyimiz kimi, 14 fevral 2018-ci il tarixində yekunlaşmış əməliyyat ilə “Bank Respublika” ASC-nin hər birinin nominal dəyəri 2,45 manat olan 4 081 660 səhmləri yerləşdirilmişdir. Yerləşdirmə nəticəsində Bankın nizamanmə kapitalı 10 milyon 67 min manat artaraq 67 milyon 461 min 88,1 manata çatmışdır. “Bank Respublika” ASC-nin emissiya etdiyi yeni səhmləri mövcud səhmdarlardan biri olan Natiq Quliyev tərəfindən alınmışdır.
SƏHMDARLAR 20 MİLYON MANAT ARTIM ÜÇÜN RAZILAŞIB
Bir müddət öncə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirmişdi ki, nizamnamə kapitalının 10 milyon manat artırılmasından əlavə, 2018-ci il ərzində kapitalın daha 20 milyon manat məbləğində artırılması ilə bağlı səhmdarlar arasında razılıq əldə olunub.
“Bank Respublika”nın səhmdarlarının pay bölgüsü | ||||
Səhmdarlar | Əvvəl | İndi | ||
Səhm sayı | Faiz nisbəti | Səhm sayı | Faiz nisbəti | |
"DEG" investisiya şirkəti (Almaniya) | 2 548 372 | 10,8656% | 2 548 372 | 9,2550% |
"Sparkassen International Development Trust" şirkəti (Almaniya) | 1 274 179 | 5,4328% | 1 274 179 | 4,6275% |
Natiq Saday oğlu Quliyev | 10 711 410 | 45,6709% | 14 793 070 | 53,7243% |
Elçin Saday oğlu Quliyev | 2 320 331 | 9,8933% | 2 320 331 | 8,4268% |
Sevda Saday qızı Quliyeva | 2 221 229 | 9,4708% | 2 221 229 | 8,0669% |
Saday Əsəd oğlu Quliyev | 2 196 078 | 9,3635% | 2 196 078 | 7,9755% |
Mariya Heydər qızı Quliyeva | 2 150 841 | 9,1707% | 2 150 841 | 7,8113% |
Digər 3 hüquqi və 9 fiziki şəxs | 31 038 | 0,1323% | 31 038 | 0,1127% |
Cəmi | 23 453 478 | 100% | 27 535 138 | 100,0000% |
Nizamnamə kapitalı | 57 461 021,1 manat | 67 461 088,1 manat |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
