"Rabitəbank" nizamnamə kapitalını daha da artırdı
"Rabitəbank" ASC 14 fevral tarixində nizamnamə kapitalını 12.8 milyon manat məbləğində artıraraq 101.3 milyon manata, məcmu kapitalını isə 104.6 milyon manata çatdırmışdır. Artım mövcud səhmdarlar hesabına həyata keçirilmişdir.
Bu barədə "Marja"ya Bankdan bildirilib.
"Nizamnamə kapitalının artırılmasında əsas məqsəd bankı əlavə kapitalla təmin edərək onun sabitliyini daha da möhkəmləndirmək və strateji layihələrdə iştirakını təmin etməkdir", - Bankın məlumatında deyilir.
Azərbaycanın bank sektorunda aparıcı mövqelərdən birini tutan "Rabitəbank"ın aktivləri 2017-ci il ərzində 31,7% artaraq 727 milyon manat təşkil etmişdir. Hazırda Bank ölkə ərazisində 22 filial və 1 şöbədən ibarət şəbəkəsi ilə Bakı şəhəri və Azərbaycanın 15 regionunda fəaliyyət göstərir.
Xatırladaq ki, 2018-ci il "Rabitəbank"ın fəaliyyətinin 25-ci ilidir. 1993-cü ildə yaradılmış Rabitəbank 25 il ərzində uğurlu inkişaf yolu keçmiş və ölkənin bank sektorunda öz layiqli yerini tutmaqla yanaşı geniş müştəri bazası ilə gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilmişdir. Öz fəaliyyətinin 25-ci ilində də Rabitəbank hər zaman olduğu kimi yüksək xidmət və çeşidli bank məhsulları ilə müştərilərinin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)






