“Bakcell” işçi axtarır
Şöbə: Kadrlar şöbəsi
Vəzifənin adı: Səfərlər və xarici əməkdaşlarla iş üzrə mütəxəssis
Vəzifə təlimatı: Şirkət əməkdaşlarına və qonaqlara səyahət ilə bağlı bütün lazımi dəstəyi təmin etmək; Şirkətin xarici əməkdaşları və kənardan cəlb edilmiş xarici əməkdaşları(məsləhətçiləri) üçün onlarla bağlanmış müqavilələrdə nəzərdə tutulan imtiyazlar və şərtlərlə bağlı lazımi dəstəyi təmin etmək
Səfərlər: Bakcell şirkətinin Səfərlər Siyasəti və Qaydalarına hər zaman riayət olunmasını təmin etmək; Səfərə çıxanları (əməkdaşları, məsləhətçiləri, şirkətin qonaqlarını) səfərə aid düzgün məlumatla təmin etmək və əlaqələndirmək; Buraya viza, nəqliyyat, yaşayış, sığorta məsələləri daxildir (lakin siyahı bunlarla məhdudlaşmır); Səfər edənlərlə əməkdaşlıq etmək və onların tələblərinə və ehtiyaclarına əsasən müvafiq səfər planları tövsiyə etmək; Bakcell şirkətinin Səfər Siyasəti və Qaydalarına əsasən səfər edənin maraqlarına ən uyğun Səfər agentliyi/hava yolu/dəmir yolu və ya digər nəqliyyat növü üçün biletləri bronlamaq; Səfər edənin səfərdə olduğu müddətdə nəqliyyat və yaşayış məsələlərini həll etmək; Ödənişləri lazımi qaydada korporativ kartla etmək və səfərə aid bütün sənədlərin və qeydlərin nüsxələrini çıxartmaq; Səfər agentlikləri və hava yolu şirkətinin nümayəndələri ilə görüşmək və s., ən son səfər tarixləri, biletlərin qiymətləri barədə məlumatlı olmaq; Sistemdə tələb olunan qaydada Alış tələbnaməsi (PR)/Alış sifarişi (PO) hazırlamaq; Ödənişlərin vaxtında edilməsi üçün təchizatçılardan alınmış hesab-fakturaları yoxlayıb ödəniş etmək;
Xarici əməkdaşlar üçün xidmətlər: Viza və polis qeydiyyatı üzrə məsələləri həll etmək; İş icazəsi və yaşayış icazəsi üçün ərizənin verilməsi və əldə olunması prosesini əlaqələndirmək; Mənzil təşkil etmək (Daşınmaz əmlak üzrə agent ilə birlikdə mənzilə baş çəkərək); İcarə haqqının vaxtında ödənilməsi və icarənin bitməsi barədə bildirişlərin vaxtında göndərilməsi daxil olmaqla, icarə müqavilələrini əlaqələndirmək; Tələb olunan hallarda, mənzil sahibləri ilə danışıqlar aparmaq; Xarici əməkdaşların mənzilləri ilə bağlı bütün problemləri həll etmək, onların kommunal xidmət haqlarını ödəmək; Tibbi sığorta, təhsil, mobilizasiya /demobilizasiya kimi imtiyazlarından istifadə etmələrinə nəzarət etmək və lazımi dəstək göstərmək; Tələb olunan həftəlik/aylıq və yaxud rüblük hesabatları hazırlamaq; Müvafiq iş təlimatlarını hazırlamaq və yeniləmək;
Kənardan cəlb edilmiş (autsorsinq) əməkdaşın (məsləhətçinin) əlaqələndirilməsi:
Kənardan cəlb edilmiş əməkdaşlara (məsləhətçilərə) aid hər hansı məsələ barədə agentliklə əməkdaşıq etmək; Müqavilələri və onlara edilən hər hansı dəyişiklikləri hazırlamaq; Müqavilələrin müddətinin vaxtında uzadılmasına nəzarət etmək; Məzuniyyət, xəstəliyə görə məzuniyyət, ödənişsiz və ödənişli məzuniyyətin və s. iş vaxtının uçotu cədvəlləri ilə uyğunluğuna nəzarət etmək; Tələb olunan həftəlik/aylıq/rüblük hesabatları hazırlamaq;
Təhsil: Bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri-əla
Kompüter bacarıqları: Microsoft Office Proqramları
İş təcrübəsi: Əlaqəli sahədə 3 illik təcrübə
İşlə bağlı müraciət etmək istəyənlər link vasitəsilə müraciət edə bilərlər (http://www.bakcell.com/az/
Elanın bitmə tarixi mart ayının 1-dir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
7 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
9 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
10 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 11 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)






.jpg)


.jpg)








