Zaqataladan xaricə ixrac edildi, 73 milyon dollar əldə edildi
2017-ci ildə Zaqatala rayonunda sənaye sahəsi üzrə məhsul buraxılışı əvvəlki illə müqayisədə 41 faiz artaraq 149 milyon 430 min manat olub.
Bu barədə fevralın 7-də Zaqatalada 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib.
Qeyd edilib ki, sənayedə məhsul buraxılışının 83 faizini fındıq və fındıq məhsullarının satışından əldə olunan gəlirlər təşkil edib.
Ötən il Zaqatala rayonundan xaricə fındıq və fındıq məhsullarının ixrac edilməsi nəticəsində Azərbaycana 73 milyon dollar və ya 124 milyon 401 min manat vəsait daxil olub. Fındıq ixracından əldə olunan gəlir əvvəlki illə müqayisədə 38,4 faiz artıb. 2017-ci ildə rayonun fındıq bağlarından 13 min 422 ton, yəni əvvəlki ildəkindən 4 min 512 ton çox məhsul tədarük olunub.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin hesabat məruzəsində bildirilib ki, ötən il 743 hektar sahədə tütün əkilib, 891 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 363 ton artıb. 2017-ci ildə Zaqatala rayonundan tütün ixrac edilməsi nəticəsində respublikaya 12 milyon dollar və ya 19 milyon 931 min manat vəsait daxil olub. Tütün ixracından əldə olunan gəlir əvvəlki illə müqayisədə 67,6 faiz artıb. Ötən il rayonda 21,4 ton, yəni əvvəlki ildəkindən 3,5 dəfə çox barama istehsal olunub. 2017-ci ilin yaz və payız mövsümlərində rayon ərazisində 1732 hektar sahədə yeni fındıq bağları salınmaqla, bağların ümumi sahəsi 18 min 151 hektara çatdırılıb.
Ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri olan gülçülüyün inkişaf etdirilməsi üçün “AzRose” MMC-nin sifarişi ilə ötən il rayonun Aşağı Tala kəndi ərazisində qızılgül yağı istehsalı müəssisəsinin tikintisi aparılıb. Müəssisə tərəfindən həmin ərazidə 192 hektar sahədə gül plantasiyası salınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
14 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)




.jpg)






