30 bankdan 7-sinin xalis mənfəəti artıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin ötənilki xalis mənfəəti əvvəlki ilə nisbətən çox olub.
Bunlar "Bank Avrasiya", "Express Bank", "Kapital Bank", "Xalq Bank", "Azərbaycan Sənaye Bankı", "Atabank" və "Bank Silk Vey"dir.
Adı çəkilən banklar arasında ən yüksək dinamika "Bank Avrasiya"da (6,9 dəfə), ən aşağı dinamika isə "Bank Silk Vey"də (2,6%) qeydə alınıb.
4 bankın - "PAŞA Bank", "Ziraat Bank Azərbaycan", "Naxçıvan Bank" və "Azər-Türk Bank"ın isə xalis mənfəəti illik müqayisədə azalıb. Ən çox azalma "Azər-Türk Bank"da (84,4%), ən az azalma isə "PAŞA Bank"da (3,4%) baş verib.
2 bankın - "Bank of Baku" və "Amrah Bank"ın isə 2017-ci ildəki xalis zərəri 2016-cı ilə nisbətən çox olub. Müvafiq olaraq 2,3 dəfə və 2,1%.
7 bankın - "Rabitə Bank", "Access Bank", "Turan Bank", "Muğan Bank", "Bank Respublika", "AGBank" və "Nikoyl Bank"ın isə xalis zərəri illik müqayisədə az olub. Ən çox azalma "Nikoyl Bank"da (98,2%), ən az azalma isə "Rabitə Bank"da (10,2%) qeydə alınıb.
10 bankın - "AFB Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Bank BTB", "Bank VTB Azərbaycan", "Günay Bank", İran Milli Bankının Bakı filialı, "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "Unibank" və "Yapı Kredi Bank Azərbaycan"ın isə mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb. Səbəb bu bankların ya 2017-ci ili mənfəətlə, 2016-cı ili zərərlə, ya da ötən ili zərərlə, əvvəlki ili isə mənfəətlə başa vurmasıdır.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)
.jpg)




.jpg)






