Şəffaf vergi partnyorluğu əsasında işləyən vergi ödəyiciləri ilə bağlı qaydalar təsdiq edilib
Azərbaycan vergilər nazirinin əmri ilə "Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri ilə işlərin təşkili Qaydaları" təsdiq edilib.
Qaydalar şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinə vergi orqanlarının səlahiyyətləri daxilində xidmətlərin, o cümlədən informasiya kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə etməklə innovativ xidmətlərin göstərilməsi, onların uçot baza məlumatlarında dəyişikliklərin edilməsi, fəaliyyətləri üzrə vergi nəzarəti tədbirlərinin keçirilməsi, müraciətlərinə baxılması və digər məsələlər üzrə prosedurları müəyyən edir.
Qaydalara əsasən, vergi ödəyicisi partnyor ödəyici statusunun əldə olunması üçün vergi orqanlarına müraciət etdikdə, həmin müraciət vergi risklərinin təhlili və nəzarəti sahəsində təşkilati və nəzarət tədbirlərini həyata keçirən müvafiq struktur vahid tərəfindən araşdırılır, vergi ödəyicisinin fəaliyyəti bu Qaydalarda göstərilən meyarlara uyğun gəldiyi halda ona “Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” bildiriş verilir, uyğun gəlmədiyi halda isə onun fəaliyyətinin bu Qaydaların göstərilən meyarlara tam və ya qismən uyğun olmaması barədə məlumat verilir.
Partnyor ödəyicilərin AVİS-də ayrıca uçotu aparılır və məlumat bazası yaradılır. Eyni zamanda partnyor ödəyicilərin kuratorları barədə məlumatlar həmin məlumat bazasına daxil edilir.
Partnyor ödəyicilərə xidmətlər ərazi məhdudiyyəti nəzərə alınmadan Yaşıl dəhliz prinsipi əsasında göstərilir.
Partnyor ödəyicilərə göstərilən ənənəvi xidmətlər aşağıdakılardır:
- şifahı xidmətlər;
- elektron xidmətlər;
- sənəd qəbulu xidmətləri;
- hazır sənədlərin verilməsi xidməti;
- elektron sənəd mübadiləsi xidmətləri;
- SMS məlumatlandırma xidməti;
- ünvanlı (səyyar) xidmətlərin göstərilməsi.
Partnyor ödəyicilərə innovativ üsullarla göstərilən əlavə xidmətlər aşağıdakılardır:
- partnyor ödəyici ilə videobağlantı qurmaqla xidmət (videobağlantı nazirliyin internet saytı, Facebook, Skype, Whatsapp və İKT-nin digər imkanlarından istifadə etməklə aparıla bilər);
- partnyor ödəyicilərin və ya vergi orqanının təşəbbüsü ilə Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən xüsusi təlim proqramlarının hazırlanması, o cümlədən ixtisas sahələri və innovasiya təlimlərinin onlayn və ya ənənəvi üsullarla ödənişsiz qaydada keçirilməsi və onlara təlimdə iştirak barədə müvafiq sertifikatların təqdim edilməsi;
- partnyor ödəyicilərin müraciəti və ya vergi orqanının təşəbbüsü ilə partnyor ödəyicilərlə dəyirmi masa, seminar və konfransların keçirilməsi;
- Vergilər Nazirliyi yanında Çağrı Mərkəzində partnyor ödəyicilər üçün sürətli xidmətlərin göstərilməsi üçün xüsusi ayrılmış xətdən istifadə imkanının yaradılması.
Xidmət mərkəzlərində partnyor ödəyicilərə aşağıdakı xidmətlər göstərilir:
- şifahi xidmətlər, o cümlədən vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı sualların cavablandırılması, izahatların verilməsi;
- vergi bəyannamələrinin və hesabatların tərtibatına və elektron formada göndərilməsinə köməklik;
- elektron xidmətlərdən istifadəyə köməklik;
- sənəd qəbulu xidmətləri, o cümlədən:
- vergi uçotuna və vergi orqanlarında qeydiyyata aid sənədlər;
- elektron sənəd mübadiləsi (istifadəçi kodu, parol və şifrənin verilməsi) üzrə sənədlər;
- “Asan İmza” sertifikatı xidmətləri üzrə sənədlər;
- fəaliyyət üzrə ərizələr (arayış, sertifikat, DTA formaları və s.);
- bəyannamə, hesabat, arayış və məlumat formalarının qəbulu xidmətləri.
Qaydalarda qeyd olunan və vergi orqanı əməkdaşının yerinə yetirməli olduğu bütün hərəkətlər qısa müddət ərzində həyata keçirilir. Partnyor ödəyicilərlə vergi orqanları arasında yaranan ziddiyyətli məqamların qarşılıqlı razılaşma yolu ilə həllinə səy göstərilir. Əməkdaşlar tərəfindən bu Qaydalarla nəzərdə tutulmuş tələblərin yerinə yetirilməməsi kobud pozuntu hesab edilir və intizam məsuliyyətinə səbəb olur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
4 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir




















