“Bakcell”dən developerlər üçün “Blokçeyn texnologiyası və yeni imkanlar” mövzusunda təlim
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün “AppLab” proqramında iştirak edən gənc developerlərin peşəkar inkişafına dəstək göstərmək məqsədilə müxtəlif mövzularda təlimlər keçirir.
Gənc developerlər üçün nəzərdə tutulan növbəti təlim müasir dövrün ən aktual mövzulardan olan “Blokçeyn texnologiyası”na həsr olunub. Təlim sessiyası zamanı “AppLab” Mərkəzinin dəstəyi ilə yaradılan müxtəlif İT layihələrin müəllifləri tərəfindən “blokçeyn” texnologiyasının yerli məhsul və xidmətlərə tətbiq edilməsi imkanları, bu texnologiyanın yeni layihələrin yaradılması və problemlərin həlli üçün yararlı olması məsələləri geniş şəkildə müzakirə edilib.
“Fikrimcə, bu texnologiya hər bir fərd, biznes və ümumilikdə bütün cəmiyyət üçün geniş imkanlar yaradan yeni nəsil texnologiyadır. “Blokçeyn” həmçinin internet istifadəçilərinin təhlükəsizlik və məxfiliyinin qorunması üçün çox yararlı olacaq”, deyə “Blutu” layihəsinin təsisçisi Əhməd Xələfbəyli bildirib.
““Blokçeyn” dünyada yeni iqtisadi və ictimai sistemlərinin əsasını təşkil etmək potensialına malik olan həlledici və fundamental texnologiyadır”, deyə Bakcell şirkətinin Mobil Əlavələrin İnkişaf Etdirilməsi üzrə meneceri Orxan Babayev söyləyib.
Blokçeyn texnologiyası təkcə maliyyə və İT sahəsi deyil, bir çox digər sahəyə təsir edə biləcək imkanlara yol açan ən son texnoloji yeniliklərdəndir. Sadə dildə desək, “Blokçeyn” müxtəlif növ məlumatı ehtiva edən ardıcıl bloklar (birləşdirilmiş siyahı) zəncidir.
“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Layihə çərçivəsində gənc yerli developerlər “Applab”datəqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanırlar.
“Bakcell”in və “AppLab” proqramının digər partnyorlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc developerləri öz ideyalarını yerli və beynəlxalq bazarlarında rəqabət apara biləcək yeni məhsul və ya xidmətlərinə çevirmək üçün tələb olunan araşdırma və məsləhətlərlə təmin edilirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB



















