Mərkəzi Bankda təqdimat keçirilib
Azərbaycan Respublikasının Mərkəzi Bankı nağd pulla bağlı biznes proseslərinin avtomatlaşdırılması səviyyəsinin yüksəldilməsi və modernizasiyası istiqamətində tədbirləri davam etdirir.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, bununla əlaqədar ölkə ərazisində fəaliyyət göstərən kommersiya bankları və poçt rabitəsinin milli operatorunun nümayəndələri ilə birlikdə Mərkəzi Bankda görüş keçirilmişdir. Görüş zamanı Mərkəzi Bankda tətbiq edilən və bütövlükdə bank sektorunu əhatə edən tam avtomatlaşdırılmış “Nağd pulun idarəetmə sistemi”ndə (CMS) yaradılmış yeni imkanlar və texnoloji məhsullar barəsində təqdimat keçirilmişdir.
Bildirildi ki, sistemin tətbiqi nağd pulla əməliyyatların avtomatlaşdırılmasına və elektron identifikasiyasına, məlumatların təhlükəsizliyinin təmin olunmasına və risklərin minimallaşdırılmasına və bütövlükdə idarəetmənin effektivliyinin yüksəldilməsinə imkan vermişdir. Xüsusilə qeyd olundu ki, Azərbaycan Mərkəzi Bankının bu təcrübəsi beynəlxalq konfraslar və görüşlər çərçivəsində nümayiş etdirilmiş, müxtəlif ölkələr tərəfindən yüksək maraqla qarşılanmışdır.
Görüşdə həmçinin nağd pul tədavülünün effektiv təşkili, dövriyyənin yüksək keyfiyyətli pul nişanları ilə təmin olunması və saxtalaşdırmaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar məsələlər müzakirə olunmuş və müvafiq tövsiyələr verilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)








.jpg)







