Halliburton-ın gəlirləri artsa da, zərəri də yüksəlib
ABŞ enerji nəhəngi Halliburton-ın, 2017-ci ilin dördüncü rübündə gəlirlərinin 47,8 faiz artdığı bildirilib.
"Marja", dünyanın ikinci ən böyük neft sahəsi xidmətləri şirkəti Halliburton-dan verilən məlumata istinadən xəbər verir ki, şirkətin ötən ilin dördüncü rübündəki gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 47,8 faiz artaraq 5,94 milyard dollara çatıb. Şirkət, 2016-nın dördüncü rübündə 4,02 milyard dollar gəlir əldə etmişdi.
Halliburton-ın 2016-nın dördüncü rübündə 149 milyon dollar olan zərəri isə keçən il eyni dövrdə 824 milyon dollara yüksəlib.
Şirkətin bir səhmə zərəri də həmin dövrdə 0,17 dollardan 0,94 dollara qalxıb.
Açıqlamada fikirlərinə yer verilən Halliburton-ın icraçı direktoru Jeff Miller, neft və qaz sənayesində keçən il dirçəlişin görüldüyünü qeyd edərək, yüksəlişə keçən neft qiymətlərinin enerji sektorunda fəaliyyətləri dəstəklədiyini bildirib.
Halliburton-ın dördüncü rüb gəlirlərində ildən ilə artım görülməsi, şirkətin Nyu-York Birjasında səhminin 6,2 faiz bahalaşaraq 56,29 dollara qədər qalxmasına səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







