Dünya çempionu InvestAZ-ın yeni reklam kampaniyasının siması oldu

200 metr məsafəyə qaçış üzrə dünya birincisi, Türkiyə atletika tarixində ilk qızıl medal qazanan Azərbaycan əsilli atlet Ramil Quliyev InvestAZ şirkətinin yeni reklam kampaniyasının siması seçilib.
UĞURA GEDƏN YOL
"Azərbaycanda doğulmuş atlet idmanda ilk uğurlu addımlarını elə burada atdı. Ramil Quliyev daha sonra idman karyerasını Türkiyədə davam etdirmək qərarı verərək 2010-cu ildə “Fenerbahçe” klubuna üzv oldu. Həm klub, həm milli komandanın atleti olaraq bir çox uğurlara imza atan Ramil 2017-ci ilin Avqust ayında Londonda baş tutan Dünya Atletika Çempionatında 200 metr məsafəni 20.09 saniyəyə qət edərək Dünya Çempionu olmağı bacardı. Elə həmin ildə Ramil “İlin idmançısı” adına layiq görüldü. Bununla yanaşı, atletika tarixində uzun illərdən sonra ilk dəfə ağdərili atlet dünya çempionu ola bildi.
İdmançının bu uğurları InvestAZ investisiya şirkətinin diqqətini cəlb etdi və şirkət önümüzdəki dövrdə Ramil Quliyevi Türkiyə, Azərbaycan və dünyada həyata keçirəcəyi reklam kampaniyalarının siması olaraq seçdi",- InvestAZ şirkətinin məlumatında deyilir..
ÖZÜNƏ YATIRIM ET, QAZANMAĞI ÖYRƏN
Azərbaycan, Türkiyə və bir neçə ölkələrdə uğurlu fəaliyyətini davam etdirən InvestAZ, “A-dan Z-yə yatırım” sloqanı ilə öz sahəsindəki peşəkarlığını və xidmət keyfiyyətini investorlara, həmçinin investor olmaq istəyən hər kəsə təqdim etmək üçün çalışır. Şirkətin əsas hədəflərindən biri investisiya anlayışını doğru çatdırmaq və yatırım dünyasında uğurlu olmağın yollarını öyrətməkdir. Bu hədəfdən qaynaqlanan şirkət, yeni, “Özünə yatırım et, Qazanmağı Öyrən” kampaniyası ilə yatırımcı olmaq istəyənlərə ilk öncə öyrənməyi, bu sahəyə dərindən yiyələnməyi aşılayır. Bu prinsiplə həyata keçirilən kampaniyada idman və yatırımın ortaq nöqtələri vurğulanır. Belə ki, idmanda olduğu kimi yatırım dünyasında da uğur qazanmaq üçün daim çalışmalı, təcrübə toplamalı, bilmədiklərini öyrənməli, özünə yatırım etməlisən.
Şirkət inanır ki, bu mesaj yatırımçı olmaq istəyənlərə öz müsbət təsirini göstərəcək və kampaniyanın simasının uğur hekayəsindən ilham alaraq öyrənməyi, təcrübə toplamağı və qazanmağı yatırımlarında tətbiq edə biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
15 d. əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
41 d. əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
-
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
-
2 saat əvvəl
Bank "BTB"nin Müşahidə Şurasının tərkibi haqqında məsələ müzakirə ediləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
-
2 saat əvvəl
"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
Son Xəbərlər

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

“Bakı Fintex Forumu 2025” keçiriləcək
Ən çox oxunanlar

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti

AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var

Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
