Azərbaycanda yeni xəbər kanalının adı açıqlanıb
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Şuradan "Marja"ya verilən məlumata görə, iclasda Milli Televiziya və Radio Şurasının 14 noyabr 2017-ci il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş “BAKU ART LAB” MMC, “Türkel TV” MMC, “MEDİA MASTER” MMC-nin sənədlərinə baxılmış, müsabiqənin nəticələri müzakirə edilmişdir.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 15, 19-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6, 9.6-cı bəndini, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ saylı Qanununun 22.1-ci maddəsini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Türkel TV” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan etmiş və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilmişdir.
İclasda həmçinin “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin 01 yanvar 2018-ci il tarixdən “AzTV” və “Mədəniyyət TV” kanallarının Bakı şəhəri və Abşeron yarımadasında yüksək keyfiyyətli rəqəmsal (HD formatında) yayıma başlaması barədə qərar qəbul edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)






