Loqotipin hazırlanması üzrə müsabiqə elan edldi
“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs korporotiv loqotipin hazırlanması ilə əlaqədar müsabiqə elan edir. Korporotiv loqonun dizaynı özündə institutun fəaliyyəti, strategiya və missiyasına dair elementləri əks etdirməlidir. Həmçinin loqo rəngli və konseptual görünüşlü olmalıdır.
İnstitutun fəaliyyəti aşağıdakılardır:
- İnstitut Azərbaycan Respublikasının milli standartlaşdırma qurumudur və onun əsas fəaliyyət istiqamətləri milli standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçilik, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətlərin həyata keçirilməsindən ibarətdir;
- İnstitut texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə vahid dövlət siyasətinin formalaşdırılması, həyata keçirilməsi və sahənin inkişafının təmin edilməsi üçün təkliflər verir.
Müsabiqədə yalnız indiyə qədər istifadə edilməyən və hər hansı digər loqotiplərin elementlərini təkrarlamayan həllər iştirak edə bilər. Loqo dizaynlarına müvafiq komissiya tərəfindən baxıldıqdan sonra qalib elan olunacaq. Layihə təkliflərini 2018-ci ilin 22 yanvar tarixinədək [email protected] elektron poçtuna və ya institutun Bakı şəhəri, İsaqzadə qəsəbəsi 7-ci köndələn ünvanında yerləşən inzibati binasına göndərə bilərsiniz.
Əlaqələndirici şəxs: Fəridə Bəşirova- şöbə müdiri Tel: (012) 514 96 03 (110) E-mail: [email protected]
Müştərilərin xəbərləri
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
13 d. əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
-
- 29 d. əvvəl
-
30 d. əvvəl
12 bankın xalis mənfəəti azalıb - Ən çox azalma “Azər-Türk Bank”da olub
- 36 d. əvvəl
-
40 d. əvvəl
Kapitaldan istifadə vəziyyəti 22 bankdan 9-da yaxşılaşıb, 13-də isə pisləşib
-
53 d. əvvəl
Azərbaycan bankları faiz xərclərini faiz gəlirləri ilə ödəyə bilirmi? - ARAŞDIRMA
-
1 saat əvvəl
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
OpenAI-nin yeni maliyyələşdirmə turu 100 milyard dolları aşa bilər
-
1 saat əvvəl
Putinin nümayəndəsi: ABŞ ilə mümkün layihələrin dəyəri 14 trilyon dollardan çoxdur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
Ən çox oxunanlar
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub
OpenAI-nin yeni maliyyələşdirmə turu 100 milyard dolları aşa bilər
Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi
Azərbaycan neftinin son qiyməti - 2 dollardan çox bahalaşıb
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq























