SOCAR bu ölkədə yanacaqdoldurma şəbəkəsini aldı
SOCAR-ın İsveçrədəki törəmə şirkəti “SOCAR Energy Holdings” Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq, “A1” şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini (YDM) və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən Pronto Oil firmasını alıb.
SOCAR-dan “Marja”ya verilən məlumata görə, “SOCAR Energy Holdings” son 5 ildə İsveçrədə əldə etdiyi gəlirlərin bir hissəsini daunstrimdəki sərmayələrini artırmaq və böyütmək məqsədi ilə investisiya layihələrinə yatırır, əvvəlki illərdə qoyulan investisiyaları ilə sinerji yaradaraq, onları daha da genişləndirir. Burada əsas hədəf gələcəkdə gəlir mənbələrini şaxələndirməklə, yeni bazarların potensialından yararlanmaq və Azərbaycan iqtisadiyyatına daha böyük gəlirlər qazandırmaqdır.
Son dövrdə SOCAR İsveçrədə orta miqyaslı şirkətlərlə diler və təchizat əlaqələrinin genişləndirilməsi, ortaq kart sisteminin işlədilməsi və s. kimi müxtəlif tərəfdaşlıq layihələrini həyata keçirməkdədir. İsveçrəyə yaxın olan Avstriya bazarında tanınmış ailə biznesi olan A1 şəbəkəsinin alınması bu genişlənmə strategiyasının məntiqi davamı və növbəti addımı olmuşdur.
Avstriyanın Ştiriya əyalətinin yanacaqdoldurma bazarında aparıcı rola malik A1 şirkətinin ölkə üzrə 82 YDM-i fəaliyyət göstərir. Şirkətin 150 nəfər əməkdaşı var. A1-lə yanaşı SOCAR həm də Graz şəhərində yerləşən və ticarət sahəsində fəaliyyət göstərən Pronto Oil Mineralölhandels GmbH şirkətini əldə etmişdir. A1 şəbəkəsi və Pronto Oil Mineralölhandels GmbH şirkətinin idarəedilməsi məqsədi ilə “SOCAR Energy Austria” MMC təsis edilmişdir. A1 şəbəkəsi və Pronto Oil Mineralölhandels GmbH şirkətinin əməkdaşları işlərində saxlanılacaq və “SOCAR Energy Austria” MMC-nin tərkibində fəaliyyətlərini davam etdirəcəklər. A1 brendinin Avstriya bazarında artıq yüksək səviyyədə tanındığı nəzərə alınaraq, SOCAR satın aldığı YDM-ni həmin brend altında istismar etməyi planlaşdırır.
“SOCAR Energy Holdings” Səhmdar Cəmiyyətinin rəhbəri Edqar Baxmann yeni layihədən məmnunluğunu belə ifadə etmişdir: “A1 şəbəkəsinin alışı Avstriyada SOCAR qarşısında yeni üfüqlər açır, yeni kommersiya imkanları yaradır və bir aparıcı enerji şirkəti kimi onun bu ölkədə mövqeyni möhkəmləndirir.”
A1 YDM şəbəkəsinin və Pronto Oil Mineralölhandels GmbH firmasının keçmiş sahibi Qerhard Annavitt belə demişdir: “Həm A1, həm də Pronto Oil şirkətlərinin işini uğurla davam etdirmək üçün SOCAR ən uyğun namizəddir. Şirkətimi sataraq, onu yüksək keyfiyyətli xidmət təklif edən qabaqcıl və innovativ bir şirkətə təqdim edirəm, fikrimcə SOCAR bu şirkətləri mənim də arzu etdiyim səmərəli tərzdə davamlı idarə edəcək.”
Qeyd edək ki, SOCAR 5 il bundan əvvəl İsveçrə neft bazarına yerli müştərilərin ehtiyaclarına cavab verəcək yüksək keyfiyyətli malların pərakəndə satışı və fərdi xidmətləri özündə əks etdirən yeni bir yanaşma üsulu ilə daxil olmuşdur. Bu gün İsveçrədəki istehlakçıların 63%-dən artıq hissəsi SOCAR brendini tanıyır və yüksək qiymətləndirir. SOCAR İsveçrədəki diler bazasını genişləndirərək, 15 dilerlə tərəfdaşlıq əlaqələri qurmuşdur və gələn ildən etibarən daha 5-10 dilerin SOCAR brendinə qoşulması gözlənilir.
İsveçrə ilə qonşu və eyni mədəniyyətin daşıyıcısı olan Avstriya SOCAR üçün strateji bazardır. A1 şəbəkəsi Avstriyanın bir çox bölgələrində yüksək dəyərə sahib YDM brendi kimi tanınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)







.jpg)










