
SOCAR istiqrazlarını alanlar nə qazandı? - Müsahibə

Xəbər verildiyi kimi, yanvarın 17-də SOCAR istiqrazları üzrə ilk faiz ödənişi oldu və istiqraz sahibləri bu kağızlardan gəlirlərini əldə etdilər. Amma istiqrazların nə qədər əlverişli olduğu, sərfəli olub olmaması ilı bağlı müzakirələr hələ də davam edir. Əhaliyə və əlində pulu olub yatırım imkanı axtaranlar üçün maraqlı olduğunu nəzərə alaraq İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramovun müsahibəsini təqdim edir:
- SOCAR İstiqrazlarına son zamanlar marağın artdığı müşahidə olunur. Sizcə bunun səbəbi nədir? SOCAR İstiqrazlarını başqa alətlərlə müqaisə edə bilərsinizmi?
- SOCAR istiqrazlarının ilkin yerləşdirilməsi zamanı tələbin təklifi 2 dəfə üstələməzi bu istiqrazlar üzrə təkrar bazarın aktiv olacağına işarə idi. Gözlənildiyi kimi, SOCAR istiqrazlarının təkrar bazarda qiyməti nominal qiymətindən yüksək oldu. Bu onunla bağlıdır ki, SOCAR banklara nisbətən yüksək faiz təklif edir. Kommersiya bankları dollar əmanətlərinə 1-3% arası illik faiz təklif edirsə, SOCAR təxminən 2 dəfə çox - illik 5% gəlir təklif edir. İnvestorların SOCAR istiqrazlarına yüksək marağının digər bir səbəbi banklara inamın aşağı olmasıdır. Digər tərəfdən kommersiya banklarına inam aşağıdır. 2016-cı ildə 10 kommersiya bankının müflis olması fonunda banklara inam azaldı. Bu da investorları pullarını banklarda saxlamaqdansa, SOCAR istiqrazlarına yatırmağa yönəldir. Digər bir səbəb SOCAR istiqrazlarında praktiki olaraq valyuta riskinin olmamasıdır. İstiqraz dollarda alınır və SOCAR ödənişləri dollarda həyata keçirir. Praktiki olaraq burada valyuta riski yoxdur. Buna görə də pulunu dollarda saxlamaq istəyən vətəndaş pulunun bir hissəsini SOCAR istiqrazına yönəldir və dividend əldə edir.
- Sizcə SOCAR İstiqrazlarının ən üstün cəhəti hansıdır?
- İstiqrazların dövlət şirkəti tərəfindən dövriyyəyə buraxılması vacib məqamdır. Bu onlara tələbin artmasına ciddi təsir göstərir. SOCAR istiqrazlarının istənilən zaman satılaraq nağd pula çevrilə bilməsi onun əlverişli edən şərtlərdən biridir. Digər tərəfdən, əmlak bazarında qiymət azalmaları mövcuddur. Vətəndaş aldığı əmlakı istədiyi zaman və istədiyi qiymətə sata bilmir. Bu gün əmlakı və torpağı nağd pula çevirmək çətinləşib. SOCAR istiqrazları isə likviddir, onu istənilən vaxt satıb nağd pula çevirmək mümkündür. Mənə verilən son məlumata görə, indiyədək SOCAR istiqrazlarının təkrar bazarında 35-40 milyon dollarlıq əməliyyat aparılıb. Bu, çox yüksək aktivlik deməkdir və həm SOCAR istiqrazlarına tələbatın böyük olmasını, həm də onların asanlıqla alınıb-satılmasını göstərir.
- SOCAR İstiqrazlarının şuarı belə idi “Siz qazanın ölkəmiz qazansın”. Sizcə SOCAR İstiqrazlarını alanlar qazandımı?
- İstiqrazların mövcud bazar qiymətinə baxsaq alıcıların qazandığını söyləmək mümkündür. Çünki, SOCAR istiqrazının alış qiyməti bu günlərdə artıq 1011 dollara qalxıb. Yəni, bu o deməkdir ki, 1000 dollarlıq istiqraz alan vətəndaşımız onu indi təkrar bazarda satmaq istəsə daha yüksək qiymətə sata biləcək. Bu hər 1000 dollarlıq istiqrazda 11 dollar fərq deməkdir. Bu 100 milyonluq istiqraz üçün ciddi fərq deməkdir. Deməli, istiqraz alanlar uduzmayacaq, əksinə qazanacaqlar. Bu baxımdan, məsələnin tam obyektiv və müstəqil qiymətləndirilməsi göstərir ki, istiqraz sahibləri keçən 3 ayda gəlir əldə edə biliblər və bu da qazanc kimi qiymətləndirilə bilər. Digər tərəfdən, SOCAR istiqrazları dollar ilə olduğuna görə bu valyuta risklərinin də sığortalanmasına imkan verdi.
- Bəs ölkəmiz necə, istiqrazlardan qazandımı? SOCAR İstiqrazlarının ölkə iqtisadiyyatına təsiri necə oldu?
- Azərbaycan üçün istiqraz bazarının inkişafı çox vacibdir. Çünki istiqraz bazarı həmçinin real sektorun inkişafını stimullaşdıran əsas faktorlardan hesab edilir. Bu baxımdan, SOCAR istiqrazları qiymətli kağızlar bazarında akitvliyin artırılması baxımdan vacib idi. Digər tərəfdən, SOCAR istiqrazların təkrar bazar qiymətinin müəyyənləşdirilməsi də bazar üçün fərqli yanaşma idi. Təkrar bazar qiymətli kağızlar bazarında fəallılığın artmasına xidmət edir. Təbii ki, SOCAR istiqraz satışından əldə etdiyi vəsaiti yenidən sərmayə edir ki, bu da iqtisadi baxımdan vacib məqamdır. Bu baxımdan, SOCAR istiqrazları daxil olmaqla yeni qiymətli kağızların dövriyyəyə buraxılması eyni zamanda real sektorun inkişafı baxımdan da vacibdir.
Mənbə: Qafqazinfo
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 gün sonra
-
9 saat əvvəl
İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub
-
-
9 saat əvvəl
“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib
-
10 saat əvvəl
İclas keçiriləcək, "NORM" şirkətinin strateji layihələrinə dair müzakirələr aparılacaq
- 11 saat əvvəl
-
12 saat əvvəl
İri bankdan 40 milyon manatlıq istiqraz - ZƏNG ÇALINDI, ABUNƏ YAZILIŞI BAŞLADI
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nepalda sosial media qadağası ilə bağlı etirazlarda azı 14 nəfər ölüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjasında "Bank of Baku"nun istiqrazlarının “Açılış Zəngi” keçirilib
- 13 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub

“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
Ən çox oxunanlar

Başlamasına artıq sayılı günlər qaldı

İllik gəlirliliyi 11,5% olan istiqrazlara abunə yazılıı başlayır

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi

ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

AZAL Maldiv adalarına uçuşları bərpa edir

Birjalarda son vəziyyət
