Pitixana daxil 17 əmlak özəlləşdirildi
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 12 dekabr tarixində keçirilib.
Komitədən "Marja"ya daxil olmuş məlumata görə, bu dəfəki hərracda ümumilikdə 17 əmlak olmaqla 4 kiçik dövlət müəssisə və obyekti, 13 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın müxtəlif rayonlarında, 1-i isə Sumqayıtda yerləşir. Bakı şəhərinin müxtəlif rayonları üzrə 12-i, Sumqayıt şəhəri üzrə isə 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilərək sahibini tapıb.
Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Nizami rayonunda yerləşən “Mebellərin təmiri emalatxanası” olub. Ümumi faydalı sahəsi 322.3 kv.m olan əmlak 90 min manata özəlləşdirilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan Sumqayıt şəhərində yerləşən “8 saylı pitixana” 6 min 500 manata özəlləşdirilib. Kiçik dövlət müəssisəsinin ümumi faydalı sahəsi 190.4 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 226 kv.m-dir.
Hərracın gedişatı zamanı paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi rəqabətli hərrac nəticəsində özəlləşdirilib. Belə ki, ilkin satış qiyməti 5 min 500 manat olan əmlak 11 min 700 manata özəlləşdirilərək sahibini tapıb. Rəqabətli şəkildə özəlləşdirilən digər obyekt də paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsidir. Qeyd olunan əmlak son olaraq 12 min 700 manata özəlləşdirilib.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
Xatırladaq ki, komitə tərəfindən növbəti belə hərrac 19 dekabrda keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 68 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 24-ü kiçik dövlət müəssisə və obyekti, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 25-i səhmdar cəmiyyət, 11-i isə nəqliyyat vasitələridir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
3 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
8 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 20 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















