"MIDA" ilk ilini zərərlə başa vurub
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan "MIDA" MMC 2016-cı ili 477 min 616 manat zərər ilə başa vurub.
"Marja" MMC-nin saytında dərc olunan audit olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il "MIDA"nın gəliri 13 min 800 manat, xərcləri isə 974 min 488 manat təşkil edib. Nəticədə MMC-nin 960 min 688 manat əməliyyat zərəri yaranıb.498 min 294 manat maliyyə gəliri zərəri azaldaraq 462 min 394 manata düşməsinə səbəb olub. Təxirə salınmış vergi xərci daxil "MİDA"nın zərəri 477 min 616 manat təşkil edib.
1 yanvar 2017-ci il tarixinə cəmiyyətin aktivləri 10 milyon 646,289 min manata, o cümlədən qısamüddətli aktivləri 9 milyon 783,016 min manata, uzunmüddətli aktivləri 863 min 273 manata bərabər olub.
2016-cı ilin sonuna "MIDA"nın kapitalı 10 milyon 522,384 min manat, öhdəlikləri 123,905 min manat təşkil edib.
2016-cı ilin aprel ayında, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Respublika vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
Hazırda cəmiyyət "Yasamal" Yaşayış Kompleksini tikir. Kompleksin bir hissəsinin gələn il təhvil veriləcəyi gözlənilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
3 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
8 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 20 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















