Gələn il bütün Azərbaycan 4G ilə əhatə olunacaq
"Məqsədimiz bütün Azərbaycanı, müştərilərimizi 4G (LTE) xidməti ilə təmin etməkdir".
Bunu "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev bildirib.
Onun sözlərinə görə, mobil operator bu istiqamətdə ciddi işlər aparır: "Lənkəran, Gəncə, Bərdə, Sumqayıt kimi iri şəhərləri 4G şəbəkəsi ilə təmin etmişik. Gələn il biz seçim etmədən ölkəmizin bütün ərazisini 4G xidməti ilə təmin edəcəyik".
5G xidmətinə gəlincə, şirkət rəhbəri vurğulayıb ki, hal-hazırda əsas prioritet ölkəni bütünlüklə 4G xidməti ilə təmin etməkdir: "Bu gün dünyanın çox az sayda ölkələrində 4.5G və ya 5G xidmətləri var. Biz ölkəni bütünlüklə 4G xidməti ilə təmin etdikdən sonra 5G ilə bağlı düşünəcəyik. Ola bilsin ki, 4G ilə bağlı məsələ ölkə ərazisində tam yekunlaşmamış 5G xidməti ilə bağlı işlərə başlayaq. Bu, bir qədər tələbə bağlı olan məsələdir. "Azercell" üçün yeni texnologiyaların tətbiqi problem deyil. Lakin günün tələbi olduqca vacibdir. 5G xidmətinin konkret olaraq nə zaman tətbiq olunacağını demək çətindir"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















