Pasport və şəxsiyyət vəsiqələrini itirənlər xərcə düşəcək - YENİ RÜSUMLAR

Azərbaycanda pasport və şəxsiyyət vəsiqələrinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumlar müəyyən olunub.
Bununla əlaqədar “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilib.
Qanuna əlavə olunan 14.1-1-ci maddədə qeyd olunur ki, Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportları itirilmə və ya korlanma ilə əlaqədar yenidən verildikdə -
10 iş günü müddətində verildikdə:
1 yaşınadək uşaqlar üçün 20 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 30 manat,
3 yaşından 18 yaşınadək uşaqlar üçün 40 manat,
18 yaşına çatmış vətəndaşlara 50 manat;
5 iş günü müddətində verildikdə:
1 yaşınadək uşaqlar üçün 30 manat,
1 yaşından 3 yaşınadək uşaqlar üçün 50 manat,
3 yaşından 18 yaşınadək uşaqlar üçün 70 manat,
18 yaşına çatmış vətəndaşlara 90 manat;
1 iş günü müddətində verildikdə isə:
1 yaşınadək uşaqlar üçün 50 manat,
1 yaşından 3 yaşınadək uşaqlar üçün 90 manat,
3 yaşından 18 yaşınadək uşaqlar üçün 130 manat, 18 yaşına çatmış vətəndaşlara görə isə 170 manat dövlət rüsumu tutulacaq.
Yeni 14.3-1-ci maddədə isə deyilir ki, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə -
10 iş günü müddətində verildikdə 15 manat, 3 iş günü müddətində verildikdə 35 manat, 1 iş günü müddətində verildikdə isə 45 manat dövlət rüsumu tutulacaq.
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər ümumvətəndaş pasportunun və Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumların müəyyən olunması məqsədilə hazırlanıb. Hazırda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqəsi itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə rüsumlar ümumi qaydada (qüvvədə olma müddətinin bitməsi, habelə qanunla müəyyən olunmuş hallarda dəyişdirilməsi nəzərdə tutulan hallarda) tutulur. Qanun layihəsinə əsasən bu hallara görə tutulan rüsumların miqdarı ümumi qaydadan daha yüksək olacaq.
XXX
Azərbaycanda şəxsiyyət vəsiqəsini, pasportunu itirənlər və ya qəsdən korlayanlar cərimələnməyəcək.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" və "Pasportlar haqqında” qanunlarına dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunun 8-ci (Qanunun tələblərini pozmağa görə məsuliyyət) maddəsində bildirilir: Qanunun tələblərinə zidd olaraq şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsində, onun verilməsi üçün vətəndaşdan nəzərdə tutulmayan sənədlər tələb edilməsində və ya şəxsiyyət vəsiqəsinin verilməsində (dəyişdirilməsində) süründürməçilik edilməsində, habelə şəxsiyyət vəsiqəsinin itirilməsində, qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Dəyişikliyə əsasən, bu maddədən "itirilməsində, qəsdən korlanmasında" sözləri çıxarılıb.
"Pasportlar haqqında” qanundan da həmin sözlər çıxarılıb.
İnzibati Xətalar Məcəlləsinin 566-cı (Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsi və ya qəsdən korlanması) maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsinə və ya qəsdən korlanmasına görə 30 məbləğində cərimə edilir.
Beləliklə, Azərbaycanda şəxsiyyət vəsiqəsini, pasportunu itirənlər və ya qəsdən korlayanlar cərimələnməyəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
© Trend, Report
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
20 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
52 d. sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
23 d. əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
35 d. əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
-
40 d. əvvəl
"Müştəri gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirə bilər"
-
1 saat əvvəl
Ramada brendinin Gəncədəki yeganə oteli fəaliyyətini yenidən bərpa edir
-
2 saat əvvəl
Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib
-
3 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Sentyabrın 19-da gözlənilən hava şəraiti

BVF: Qlobal borcun dünya ÜDM-nə nisbəti 235%-i keçib

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Fed-in faiz endirimi və bazarlara təsiri: Analitik baxışı

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
