Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İpoteka kreditlərinin illik faiz dərəcəsi və ilkin ödəniş məbləği azaldıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İpoteka kreditlərinin illik faiz dərəcəsi və ilkin ödəniş məbləği azaldıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil bankı olan Azərbaycan Beynəlxalq Bankında adi ipoteka kreditlərinin şərtləri asanlaşıb.

 

Kreditlərin illik faiz dərəcəsi 7%-ə, ilkin ödəniş şərti isə 20%-ə qədər azaldılıb.

 

İpoteka kreditləri manatla, yalnız Azərbaycan vətəndaşlarına və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınması məqsədilə verilir.

 

Kreditin maksimal məbləği 150.000 manat, müddəti 25 ildir.

 

İpoteka krediti almaq üçün müştərilər https://e-gov.az portalı vasitəsilə əvvəlcədən qeydiyyatdan keçərək, müraciət üçün seçdikləri müvəkkil bankda növbəyə yazıla bilərlər. Azərbaycan Beynəlxalq Bankında ipoteka kreditlərinin rəsmiləşdirilməsi bankın Səbail filialında (Bakı şəhəri, Tolstoy küçəsi - 191) həyata keçirilir.

 

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

13.11.2017 08:09

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18