"2017-ci il Azərbaycanın iqtisadi inkişaf ili olacaq"
"Bu gün Azərbaycanın uğuru son bir neçə il ərzində həyata keçirilən hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir".
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun rəsmi saytında dərc olunmuş "2017-ci ildə Azərbaycanın iqtisadi prioritetləri" adlı məqaləsində deyilir.
Prezidentin məqaləsində qeyd olunur ki, iqtisadiyyatın müxtəlif sektorlarda, o cümlədən energetika sahəsində qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi təkcə Azərbaycanın xeyrinə olmayıb, həm də regional və beynəlxalq əməkdaşlığa töhfə verib.
"Azərbaycan təbii qazının Cənub qaz dəhlizi layihəsi vasitəsilə Avropa bazarlarına tədarükü Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcək. Bu layihə çərçivəsində "Şahdəniz-2" qaz-kondensat yatağının işlənməsi üzrə işlərin 87%-i, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə işlərinin 72%-i, Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi üzrə işlərin 60%-i və Trans-Adriatik boru kəməri (TAP) üzrə işlərin 30%-i yekunlaşdırılıb. Qeyd etmək lazımdır ki, azı 1,2 trilyon kubmetr qaz ehiyatına malik "Şahdəniz" yatağı dünyanın ən böyük qaz yataqlarından biridir", - məqalədə bildirilib.
Prezident, həmçinin Azərbaycanın tranzit potensialını daha da gücləndirmək üçün böyük layihələrin icrasına başladığını qeyd edib. Belə ki, bu il Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatdırılması planlaşdırılır, keçən il isə "Şimal-Cənub" nəqliyyat dəhlizinin Azərbaycan sektorunda bütün inşaat işləri başa çatıb.
"Beləliklə, Azərbaycan mühüm nəqliyyat qovşağına çevrilir. Bu gün iqtisadi siyasətimizdə prioritet qeyri-neft sektorunun inkişafı hesabına iqtisadiyyatın daha da şaxələndirilməsidir", - Prezident vurğulayıb.
O, sənaye parkları və zonalarının tikintisi üzrə atılan addımları qeyd edib. Prezidentin sözlərinə görə, 2018-ci ildə Sumqayıt Kimya Sənaye Parkında təxminən 2 milyard ABŞ dolları məbləğində investisiya yatırımı ilə bir neçə zavod açılacaq. Həmçinin IT, turizm sahələrinin inkişafı üzrə işlər davam etdirilir.
Prezident İlham Əliyev Azərbaycanın eyni zamanda, idmanda, bir sıra digər sahələrdə çox uğurlu olduğunu qeyd edib.
"Uğurlarımız açıq-aydın görünür və hiss edilir. Amma eyni zamanda, müəyyən çətinliklərlə də qarşılaşırıq. Davam edən qlobal iqtisadi böhran Azərbaycan iqtisadiyyatına təsir edib. Amma müvafiq tədbirlər çərçivəsində bu çətinlikləri uğurla dəf edirik. Daha dayanıqlı inkişaf təmin etmək üçün strateji yol xəritəsi qəbul edilib, hərtərəfli struktur, institusional, maliyyə, valyuta və digər islahatlar davam etdirilib, vergi və gömrük idarəetməsi yaxşılaşdırılıb, və bütün sahələrdə şəffaflıq təmin edilib. Nümunə kimi, ötən ilin 10 ayı ərzində ticarət dövriyyəsinin azalmasına baxmayaraq, gömrük rüsumlarının 53% artdığını qeyd edə bilərəm", - məqlədə vurğulanıb.
"2017-ci ilin Azərbaycanın iqtisadi inkişaf ili olacağından əminəm. Səmərəli iqtisadi islahatları davam etdirəcəyik. Eyni zamanda, sosial yönümlü təşəbbüslərə xərcləri artıracağıq. İqtisadiyyatın şaxələndirilməsi prosesi demək olar, başa çatıb. ÜDM-in 70%-i qeyr-neft sektorundan əldə olunur. Bu gün üçün əsas məqsədimiz ixracatımızda diversifikasiya etməkdir. 2016-cı ildə həyata keçirilən tədbirlər bu məqsədin reallaşmasına gətirib çıxaracaq. Azərbaycan artıq Dünya İqtisadi Forumunun qlobal rəqabət indeksində 37-ci (MDB məkanında 1-ci) yeri tutur. Biz bu tərəqqini gücləndirmək niyyətindəyik", - Prezident İlham Əliyevin məqaləsində bildirilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 7 d. əvvəl
-
9 d. əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
-
12 d. əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Ən çox oxunanlar
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi





















