Azərbaycan bazarında möhkəmlənmək niyyətindədir
Tatarıstanın “Danaflex” şirkətinin Bakıda səfərdə olan nümayəndələri azərbaycanlı həmkarları ilə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyindən verilən məlumata görə, elastik qablaşdırma materialları istehsalı ilə məşğul olan “Danaflex” şirkətinin nümayəndələri Bakıda “Azersun Holding”, “Gilan Holding”, “Atropatena” kimi iri Azərbaycan şirkətlərində potensial tərəfdaşlarla görüşlər keçiriblər.
Tatarıstan müəssisəsinin nümayəndələri həmin görüşlərdə “Danaflex” şirkətinin istehsal etdiyi məhsullar haqqında, bu malların üstünlükləri barədə məlumat veriblər. Azərbaycanlı tərəfdaşlarla potensial əməkdaşlığın perspektivləri müzakirə edilib.
“Danaflex” şirkətinin nümayəndələri Tatarıstanın Bakıdakı daimi nümayəndəliyində də olublar. Daimi nümayəndə Alfred Zakirovla görüş zamanı Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası ilə ticari-iqtisadi əlaqələrinin inkişafı üzrə birgə iş məsələləri müzakirə olunub.
“Danaflex” şirkətinin fəaliyyətinin əsas istiqaməti müxtəlif sahələr (yağ-piy məmulatı, qənnadı məhsulları, baqqaliyyə malları, yüngül qəlyanaltılar, ağartı məhsulları, dondurulmuş qida məhsulları, dondurma və s.) üçün geniş çeşiddə elastik qablaşdırma materialları istehsalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



