İnnovasiya müsabiqəsi elan edildi - 3000 manat
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi innovasiya müsabiqəsi elan edir
BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının və “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasına dəstək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə İnnovasiya Müsabiqəsi elan edir.
Müsabiqəyə aşağıdakı sahələri əhatə edən və innovativ ideyaları əks etdirən layihələr qəbul olunur:
İqtisadi:
-innovativ start-up;
-ən yaxşı innovativ biznes inkubatorlar;
-innovativ istehsal metodları;
-elmi və yüksək texnoloji avadanlıqlar və bu sahədə yeni mexanizmlər;
-səmərəli elm tutumlu istehsal və istehlak modelləri;
-daha az kapital tutumlu infrastruktur;
-sənaye sahəsində nanotexnologiyaların tətbiqi ilə texniki imkanların artırılması mexanizmi;
-nanomateriallar və nanotexnologiyalar.
Sosial:
-innovativ sosial xidmətlər;
-səhiyyə, təhsil və qida təhlükəsizliyi;
-cəmiyyətin bütün qruplarının cəlb edilməsi üçün fəal ictimai proqramlar;
-mədəni və təbii irsin qorunması;
-yaşayış məntəqələrinin planlaşdırılması və idarə edilməsi;
-urbanizasiya;
-turizm sahəsində innovativ fəaliyyət;
Ekoloji:
-yaşıl iqtisadiyyat;
-təmiz və ekoloji baxımdan uyğun texnologiyaların tətbiqi;
-ərzaq tullantılarının səmərəli və ekoloji istifadəsi;
-enerji səmərəliliyi və alternativ enerji mənbələrindən istifadə;
-iqlim dəyişikliyi ilə bağlı yerli şəraitdə effektiv planlaşdırma və idarəçilik;
-dəniz və sahilyanı ekosistemlər;
-yer və daxili təmiz su ekosistemləri;
-meşələrin qorunması, bərpası və dayanıqlı istifadəsi;
-biomüxtəlifliyin qorunması;
Müsabiqəyə təqdim edilən layihəyə dair tələblər
-Texniki-iqtisadi əsaslandırılmış;
-İnnovativ layihələrin perspektivliyi;
-Sahələr üzrə prioritetliyi;
-İqtisadi səmərəliliyi;
-Həyata keçirilməsinin mümkünlüyü.
Layihələrin təqdim edilməsi müddəti
Müsabiqədə iştirak etmək istəyən namizədlər layihələrini və şəxsiyyəti təsdiq edən sənədin surətini 2017-ci ilin 5 dekabr tarixinədək bilavasitə İqtisadiyyat Nazirliyinə (Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 84, Hökumət Evi) və ya elektron poçt ([email protected], [email protected]) ünvanlarına təqdim edə bilərlər.
Müsabiqənin qalibləri mükafatlandırılacaqdır:
-Birinci yer – 3 000 manat
-İkinci yer – 2 000 manat
-Üçüncü yer – 1 000 manat.
Müsabiqə çərçivəsində bəyənilən layihələr reallaşdırılması və tətbiqi məqsədilə Komissiya tərəfindən müxtəlif dövlət qurumları, təşkilatları və sahibkarlıq subyektləri üçün təşviq edilməsinə dəstək göstəriləcəkdir.
Əlavə məlumat üçün İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinə müraciət etmək olar:
Ünvan:
AZ 1000
Bakı, Azərbaycan,
Ü.Hacıbəyli küç.,84
(Hökumət Evi)
Əlaqələndirici şəxs:
Nərmin Babayeva
Tel: 310-28-00 (daxili 23-68).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
43 d. əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 45 d. əvvəl
- 51 d. əvvəl
- 53 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)
.jpg)











.jpg)





