“Yalama Aqropark”da dənlik qarğıdalıda yüksək nəticə!
“Yalama Aqropark”da istehsal sahələri üzrə innovativ yanaşma və müasir texnologiyadan istifadə edildiyindəndən qarğıdalı üzrə yüksək məhsuldarlıq səviyyəsinə nail olunmuşdur. Bu barədə “Marja”ya aqroparkdan bildirilib.
Məlumata görə, “Yalama Aqropark”da 155 hektar ərazidə əkilmiş dənlik qarğıdalının biçininə cari ilin 20 Sentyabr tarixindən başlanılmış və biçin 15 oktyabr tarixində başa çatmışdır. Ümumilikdə əkin aparılan 155 hektar ərazidən 2314 ton məhsul əldə edilmişdir ki, bu da hər hektara 14.9 ton məhsul deməkdir.
“Son 2 ildə “Yalama Aqropark” MMC-də dənlik qarğıdalı əkini üzrə orta məhsuldarlı 15 ton və ondan yuxarı olması bu sahədə aparılan düzgün və səmərəli işin nəticəsidir. Əldə edilən nəticələr ölkə üzrə qeydə alınan ən yüksək məhsuldarlıq nəticələri olaraq qeydə alınmışdır. Hər il olduğu kimi bu ildə əkinlər üzrə yeni toxum materialları və becərmə texnologiyaları müəssisəmizdə sınaqdan keçirilir. Bu il aparılan sınaq əkinlərində ənənəvi olaraq istifadə edilən "Pioneer" hibrid toxumları ilə yanaşı digər istehsalçı toxumlarında sınaqdan keçirilmişdir. 24 hektar sahədə aparılan sınaq sahəsində "Pioneer" toxumu ilə yanaşı 8 digər hibrid toxum əkilmiş, 3 sort üzrə məhsuldarlıq hektara 16 tondan yüksək olmuş, bir sort isə hektara 18 ton məhsul verməklə xüsusi ilə fərqlənmişdir. Sınaq əkinlərində fərqlənən toxumların növbəti əkin ilində daha geniş ərazidə əkini planlaşdırlır. Həmçinin yerli sortlarında sınaq əkinlərinin aparılması nəzərdə tutulmuşdur”,- məlumatda bildirilir.
Aqropark bildirir ki, bu ilki əkin ili qarğıdalı əkinləri üçün o qədər də əlverişli olmamışdır. Keçən əkin ilində dənlik qarğıdalı əkinində hektardan 15.6 ton məhsul yığılmışdır ki, bu da ölkə üzrə indiyə qədər əldə edilmiş ən yüksək məhsuldarlıq olaraq tarixə yazılmışdır:
"Bu il iyul və avqust aylarının quraq keçməsi, vegetasiya müddətində müşahidə edilən qurd və həşəratların (qarğıdalı qurdu, pambıq qurdu və s.) vurduğu zərər və sentyabr ayında kəskin temperatur dəyişməsindən və davam edən yağışların vurduğu zərər məhsuldarlığa mənfi təsir göstərmişdir. Həmçinin regionda dən qarğıdalı biçən kombayn çatışmazlığı nəticəsində biçinin gecikməsini nəzərə alsaq belə bu ilin nəticələri bizi qane edir".
Həmçinin əsas qaba yem komponenti olan silosluq qarğıdalı biçini də yekunlaşmışdır. Əkilmiş 100 hektar silosluq qarğıdalı əkini üzrə 4500 ton yaşıl kütlə götürülmüşdür. Hər hektar üzrə 48 ton məhsuldarlıq silosluq qarğıdalı əkinləri üzrə yüksək məhsuldarlıq hesab edilir. Hal-hazırda soya sahələrində də məhsul yığımı yekunlaşmaq üzrədir və yüksək məhsuldarlıq gözlənilir.
Məhsul yığımı ilə paralel olaraq növbəti il əkinləri üzrə torpaq hazırlanması və səpin işləri aparılır. İndiyə qədər 550 hektarda şum qaldırılmış və 170 hektar sahədə arpa əkini yekunlaşmışdır. Ümumilikdə "Yalama Aqropark"ın əkin dövriyyəsinə yenicə cəlb olunmuş Müqtədir kəndi ərazisində 400 hektar arpa və 100 hektar yonca əkinin aparılması nəzərdə tutulmuşdur.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 saat sonra
-
-
7 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
8 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 8 saat əvvəl
-
8 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
8 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















