Dövriyyədə olan nağd pul kütləsinin həcmi – AÇIQLANDI
Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2016-cı il dekabr ayının 1-nə 6 332,9 mln. manat təşkil edib. Dövriyyədə olan nağd pul kütləsinin həcmi ardıcıl olaraq iki ay artım göstərib. Belə ki, oktyabrda artım 96,9 mln. manat və ya 1,56%, noyabrda isə 41,3 mln.manat və ya 0,66% təşkil edib. Ötən ilin əvvəli ilə müqayisədə nağd pulun həcmi 915,4 mln. manat və ya 16,9% artıb. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə isə dövriyyədə olan nağd pulların həcmi 594,1 mln. manat və ya 10,35% artım göstərib.
Qeyd edək ki, dövriyyədə olan nağd pulların Azərbaycanda maksimal həddi 2014-cü ilin iyul ayında (11 144,4 mln. manat) qeydə alınıb. Yəni, 2016-cı il dekabrın 1-də açıqlanan göstərici tarixi maksimal həddən 4 811,5 mln. manat və ya 43,17% aşağıdır.
Analitiklər hesab edir ki, AMB hazırkı iqtisadi konyunkturada valyutaya tələb yaradan və əlavə hesab etdiyi nağd pulun bir hissəsini bazardan absorbasiyası və bununla yanaşı qiymətli kağızlar bazarında istiqraz satışları vasitəsilə dövriyyədə olan nağd pul kütləsinin 6-6,5 mlrd. manat səviyyəsində sabit qalmasına səbəb olacaq.
Mənbə: Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























