Bank of Baku öz müştərisini Nyu-Yorka göndərir!

12 oktyabr 2017-ci il tarixində, Azərbaycanın bank sektorunda hər zaman ilkləri və yenilikləri ilə tanınan Bank of Baku, bir müddət öncə Gəliiir şüarı altında müştərilərinə təqdim etdiyi yenilik və kampaniyaların yekununa həsr olunmuş mətbuat konfransı keçirdi.
Tədbiri giriş sözü ilə açan Bankın Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru, Gülşən Cumayeva xidmət və məhsullarda tətbiq edilən yeniliklər və həyata keçirilən kampaniyalar haqqında ətraflı məlumat verdi.
Tədbirdə, Bankın “Gəliiir” şüarı altında həyata keçirdiyi silsilə kampaniyaların ən möhtəşəmi “Bolkartla alış-veriş et, Nyu-Yorka 2 nəfərlik səyahət qazan!” adlı kampaniyanın qaliblərinin mükafatlandırılma mərasimi baş tutdu.
Belə ki, 24 iyul – 17 sentyabr tarixlərini əhatə edən kampaniya çərçivəsində Bolkart kredit və debet kart sahibləri etdikləri alış-verişə görə həftənin, ayın, həmçinin kampaniyanın yekun qalibi olmaq şansı əldə etmişdilər. Kampaniya şərtlərinə əsasən, kampaniyanın əhatə etdiyi dövr ərzində Bolkartlılar arasında istər ölkədaxili, istərsə də, ölkəxaricində ən çox alış-veriş edən şəxs, Bankın uzun illər müştərisi olan Vüsal Hüseynov Nyu-Yorka 2 nəfərlik səyahət paketi qazandı.
Öz çıxışında “Xəyallar şəhəri” haqqında, “Nyu-Yorka səyahət mənim üçün sadəcə xəyal idi” deyən Vüsal Hüseynov bildirdi ki, “Heç bir zaman ağlıma gəlməzdi ki, belə bir mükafatın sahibi olaram. Çünki bu mənim üçün xəyal idi. İlk dəfə qalib olduğumu eşidəndə kiminsə mənimlə zarafat etdiyini düşündüm. Sonra hər şeyin real olduğunu gördükdən sonra, sevincimin həddi-hüdudu yox idi”. Bank of Baku-ya öz təşəkkürünü bildirən Vüsal bəy eyni zamanda heç bir zaman Amerikada olmadığını da qeyd etdi.
Bu möhtəşəm kampaniya çərçivəsində, yekun qaliblə yanaşı, həmçinin həftəlik və aylıq qaliblər də mükafatlandırıldı:
- Həftə ərzində ödənişlərin ümumi məbləği ən çox olan 24 nəfər Bolkartlıya - Bolkart Gold/Bolkart Diamond + 100 AZN BAL;
- Kampaniya dövründə hər ayın yekununda ödənişlərin ümumi məbləği ən çox olan 2 Bolkartlıya Canon D1300 markalı FOTOAPARAT;
- Ümumi kampaniya dövründə ödənişlərinin ümumi məbləği ən çox olan Bolkartlıya isə NYU-YORKA 2 NƏFƏRLİK SƏYAHƏT paketi (aviabilet, transfer və otel daxil olmaqla viza dəstəyi) HƏDİYYƏ olundu.
Kampaniya çərçivəsində, ümumilikdə 24 nəfər həftənin, 2 nəfər ayın, 1 nəfər isə ən böyük mükafatın qalibi oldu.
Xatırladaq ki, “Gəliiir” şüarı altında müştərilərə təqdim edilən əsas yeniliklər arasına Bolkart debet sahiblərinə qalıq məbləğin üzərinə illik 5% gəlir və Bolkart kredit və debet kart sahiblərinə isə etdikləri istənilən alış-verişə görə 25%-dək BAL qazanma imkanı daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
