Bu gün Katalonyanın birtərəfli müstəqillik elan edəcəyi gözlənilir
İspaniyanın şərqindəki Kataloniya muxtar vilayətinin parlamentinin bugünkü iclasında birtərəfli müstəqillik elan ediləcəyi gözlənilir.
"Marja" xəbər verir ki, Kataloniya yerli parlamenti, qeyri-qanuni olmasına baxmayaraq 1 Oktyabrda keçirilən müstəqillik referendumundan sonra mövcud siyasi vəziyyəti qiymətləndirmək üçün muxtar idarəetmə hökumətinin sədri Carles Puigdemontun tələbilə bu gün 20.00-da toplanacaq.
Puigdemontun birtərəfli müstəqillik elan etmək üçün Katalon parlamentini topladığı düşünülür.
Katalonyadaki hakimiyyət ortağı "Katalon Avropalı Demokrat Partiyası" (PDECAT) rəhbərləri, bu gün bir müstəqillik elan ediləcəyini, ancaq bunun "rəmzi" olacağını irəli sürüb.
Katalon müxaliflərdən "zalı tərk edəcəyik" açıqlaması
1 Oktyabrdakı referendumu və onunla bağlı çıxarılan qanunları, "qeyri-qanuni" olaraq xarakterizə edən Katalon parlamentindəki müxalif partiyalar isə ehtimal olunan birtərəfli müstəqillik elanı səsverməsi halında salonu tərk edəcəklərini bildirib.
Hər şeyə baxmayaraq müstəqillik tərəfdarı olan qeyri-hökumət təşkilatları, Katalon xalqından yerli parlament qarşısında toplanıb, "müstəqillik bəyannaməsinə" dəstək vermələrini istəyiblər.
İspanya hökuməti isə "simvolik" və ya "həqiqi" müstəqillik elanının "cavabsız qalmayacağını" açıqlayıb.
Baş nazirin müavini Soraya Saenz də Santamaria, bir İspan radiosuna verdiyi müsahibədə "Əgər birtərəfli müstəqillik elan edilsə, bunun heç bir təsiri olmayacaq. Hökumətimiz, Senat vasitəsilə lazımi tədbirləri görəcəkdir", -ifadələrini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























