Göyçaydan MDB ölkələrinə göndərilir
Göyçay rayonunda nar bağlarında məhsul yığımına başlanılıb.
Kəndlilər yetişdirdikləri narın bir hissəsini yerli bazara çıxarır, bir hissəsini meyvə şirəsi istehsalı müəssisələrinə satır, bir hissəsini də öz həyətlərində Bakıya, həmçinin Rusiya və digər MDB ölkələrinin bazarlarına aparan iş adamlarına satırlar. Məhsul yığımı dekabr ayınadək davam edəcək.
Mütəxəssislərin fikrincə, bu il bağlara göstərilən yüksək aqrotexniki qulluq, havanın əlverişli keçməsi bol məhsulun əldə edilməsinə səbəb olub.
Nar bağlarında ötən ildəkindən daha çox məhsul var. Kəndlilər hər nar ağacında 30-50 kiloqram meyvə olduğunu deyirlər. Ən önəmlisi isə qabaqlayıcı tədbirlər görüldüyü üçün ağaclarda zədəli nar azlıq təşkil edir.
Rayon Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, ötən il Göyçayda fermerlər və fərdi təsərrüfat sahibləri 3980 hektar nar bağından 48 min 500 ton məhsul tədarük ediblər. İş adamları narın 50 faizini Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarıblar. İlkin hesablamalara görə, cari ildə nar istehsalı ötən ildəkindən çox olacaq.
Qeyd edək ki, son iki ildə rayonda 200 hektar sahədə yeni nar bağı salınıb. Noyabr və dekabr aylarında rayonda yeni bağların salınması üçün sahələrdə hazırlıq işlərinə başlanılıb. Rayonun 40-a yaxın kəndində yerli əhalinin əsas gəlir mənbəyi olan nar bağlarında əsasən ixrac qabiliyyətinə malik “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” nar sortlarını yetişdirməyə üstünlük verirlər.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı mövcud idisə, hazırda rayonda 4350 hektar sahədə nar bağı var ki, bunun da 3980 hektarı bar verəndir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
10 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























