Yaponlar bacardı! Avtomobil sektorunda inqilab yaradacaq
Böyük avtomobil istehsalçıları gələcəyin texnologiyası gözü ilə baxılan elektrikli maşınlara yönəlir. Digər tərəfdən, elektrikli avtomobil sektorunun əsas problemlərindən biri, batareyaların doldurma müddətləri və buna bağlı olaraq bir dəfə enerji doldurma ilə qət ediləcək məsafədir.
Elektrikli avtomobillərdə hazırda istifadə olunan litium ion batareyalar xilaskar olaraq görülsə də, təmin etdikləri güc və doldurma tutumları arzu edilənə çatmış deyil.
Yaponiyanın texnologiya nəhəngi Toshiba, dünən verdiyi bəyanatla avtomobil sektorunda inqilab yarada biləcək bir mərhələyə imza atdığını bildirib.
"Marja" Toshiba-nın açıqlamasına istinadən xəbər verir ki, yeni inkişaf etdirilən SCİB batareyaları ilə yalnız 6 dəqiqəlik ultra sürətli enerji doldurma ilə 200 mil, yəni 320 kilometr məsafəni qət etmək mümkün olacaq. Mövcud texnologiya ilə, bu məsafəni qət etmək üçün ən azı batareyanın enerji yığması üçün 20 dəqiqə gözləmək tələb olunur.
Yapon istehsalçının sürətli doldurma, batareyanın ömrü və möhkəmliyini qoruyan yeni texnologiyadakı sirrin, elektronların keçidini təmin edən anodlarda istifadə edilən material olduğu bildirilib.
Toshiba-nın yeni nəsil batareya prototipi
2008-ci ildəki SCİB batareyalarında litium titanyum oksid anodlar istifadə edən Toshiba, yeni nəsil batareyalarında isə titanyum və yumşaq bir metal olan niobium oksid anodlardan istifadə edir.
Bu da elektrikli vasitələrdə geniş istifadə olunan qrafit, yəni yumşaq karbon əsaslı batareyalar ilə müqayisədə kristallaşdırma quruluşu sayəsində daha çox litium ionnun toplanmasını təmin edir.
Toshiba, etdiyi açıqlamada yeni texnologiyanın 5 min doldurmadan sonra belə batareyanın tutumunun 90%-ni qoruduğunu qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb
















.jpg)




