970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) AccessBank ölkədə qadın sahibkarlığının inkişafına dəstək məqsədilə həyata keçirdiyi regional Access2Success təşəbbüsünü davam etdirir. Layihə çərçivəsində növbəti maarifləndirici görüş Xankəndidə fəaliyyət göstərən sahibkar xanımlar üçün təşkil olunub.

Access2Success layihəsinin məqsədi Qarabağ bölgəsində fəaliyyət göstərən qadın sahibkarların biznes bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların sahibkarlıq fəaliyyətini daha inamlı və dayanıqlı şəkildə inkişaf etdirmələrinə töhfə verməkdir.

Qarabağ Təlim Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar üçün biznes fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən təlim sessiyaları təşkil edilib. Sessiyalar interaktiv formatda keçirilib, iştirakçılar praktiki nümunələri müzakirə edib, ekspertlərə suallar ünvanlayaraq mövzular ətrafında fikir mübadiləsi aparıblar. AccessBank-ın mütəxəssisləri biznesin hüquqi əsasları və yoxlamalar, marketinq kommunikasiyaları, maliyyə savadlılığı, kredit məhsulları, eləcə də effektiv şəxsi təqdimat mövzularında bilik və təcrübələrini iştirakçılarla bölüşüblər.

Tədbirdə spiker qismində Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Orxan Ahənçi çıxış edib. O, sahibkarları vergi öhdəlikləri, hesabatlılıq tələbləri və qüvvədə olan qanunvericiliyin əsas məqamları barədə məlumatlandırıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

AccessBank üçün Access2Success təşəbbüsünün Xankəndidə həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Qarabağda fəaliyyət göstərən qadın sahibkarlarla bir araya gəlmək, onların peşəkar inkişafına dəstək olmaq və regionda sahibkarlığın güclənməsinə töhfə vermək qürurvericidir. AccessBank qadın sahibkarlığının inkişafına yönəlmiş maarifləndirici və dəstəkləyici təşəbbüslərini bundan sonra da ölkənin müxtəlif regionlarında davam etdirəcək.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərəxidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz. 

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

AccessBank AccessBank Qarabağ AccessBank Xankəndi Access2Success qadın sahibkarlar qadın sahibkarlığı Qarabağda qadın sahibkarlar Xankəndidə təlim sahibkar xanımlar sahibkarlıq təlimi maarifləndirici təlim Qarabağ Təlim Mərkəzi biznes təlimləri biznes bilikləri biznes bacarıqları qadınların iqtisadi fəallığı regionlarda sahibkarlıq Qarabağda sahibkarlıq qadınların biznes inkişafı sahibkarlığın inkişafı regional sahibkarlıq mikromaliyyələşdirmə AccessBank mikromaliyyə kiçik və orta biznes KOB dəstəyi maliyyə savadlılığı kredit məhsulları biznesin hüquqi əsasları vergi öhdəlikləri vergi hesabatlılığı marketinq kommunikasiyaları şəxsi təqdimat bacarıqları sahibkarlar üçün təlim bankların sosial təşəbbüsləri AccessBank sosial layihə Qarabağ Ərazi Vergilər Baş İdarəsi Orxan Ahənçi qadın sahibkarlara dəstək Xankəndidə sahibkarlıq Qarabağ iqtisadi inkişaf regionlarda qadın sahibkarlığı
03.07.2026 12:30
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19