"Banklara 1 ay möhlət verilməsi bizim təşəbbüsümüzdür"
Azərbaycanda elektron ticarət əməliyyatlarına ƏDV-nin tətbiqi ilə bağlı banklara 1 ay möhlət verilməsi Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüsü olub.
Bunu ABA-dan deyiblər.
“Bu məsələ ABA ilə Vergilər Nazirliyi arasında keçirilən görüşdə müzakirə edilib. Bildirilib ki, verginin tutulması üçün həm banklar, həm də prosessinq mərkəzləri müvafiq sazlama işləri aparmalı, elektron ticarət əməliyyatları kodlar üzrə qruplaşdırılmalı, yəni hansı əməliyyatın əmtəə, hansının xidmət olduğu müəyyən edilməlidir. Buna görə də, hökumətdən 1 ay vaxt istənilib və Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bu məsələdə ABA-ya dəstək verməsi xahiş olunub”, - ABA-dan bildiriblər.
Xatırladaq ki, MBNP və Vergilər Nazirliyi bu ayın sonuna qədər kommersiya banklarının elektron ticarətdə ƏDV tutmaması ilə bağlı razılığa gəlib. Bununla da, yeni ildən Vergi Məcəlləsinə edilmiş dəyişiklik əsasında, Azərbaycan banklarına məxsus plastik kartlarla xarici rezidentlərdən alınan xidmətlərə görə 18%-lik ƏDV-nin hesablanması 1 ay təxirə salınıb.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























