Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
iç səhifə xəbər şəkil altı (mobil)_32

Qızıl ABŞ-İran sülh razılaşmasına dair nikbinliyin ABŞ-da faiz artırımı gözləntilərini azaltması fonunda çərşənbə günü ardıcıl beşinci sessiyada da bahalaşıb.

Marja xəbər verir ki, investorlar bir tərəfdən razılaşmanın detallarını, digər tərəfdən isə ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasəti iclasını gözləyirlər. FED bu gün Bakı vaxtı ilə saat 22:00-da faiz qərarını açıqlayacaq. FED-in faizini 3,50%- 3,75% aralığında sabit saxlayacağı gözlənilir. 

Qızıl 0,3% də bahalaşaraq bir unsiyasının qiyməti 4341,12 dollara yüksəlib. Beləliklə, qızıl bazar ertəsi qeydə alınan bir həftənin ən yüksək səviyyəsinə yaxın qiymətlərdə ticarət olunub. 

Yaxın Şərqdəki münaqişələrə son qoymağı hədəfləyən müvəqqəti ABŞ-İran razılaşmasına dair detallar aydınlaşmağa başlayır. ABŞ Prezidenti Donald Tramp razılaşmanın Tehranın nüvə silahı əldə etməsinin qarşısını alacağını bildirib. ABŞ rəsmilərindən biri isə razılaşma imzalandıqdan sonra İrana neft satmağa icazə veriləcəyini qeyd edib.

İran neftinin yaxın vaxtlarda qlobal bazarlara qayıda biləcəyi xəbərləri fonunda neft qiymətləri son üç ayın ən aşağı səviyyələri yaxınlığında qalıb. Bu vəziyyət inflyasiya ilə bağlı narahatlıqları da yumşaldıb.

Neft qiymətlərindəki geriləmə faizlər üzərində yuxarı istiqamətli təzyiqin bir hissəsini azaldıb və faizlərin artırılacağı gözləntilərini zəiflədib. Lakin bütün diqqətlər FED-in pul siyasəti qərarına yönəldiyi üçün qızıldakı yüksəliş tempi bir qədər zəifldir.

İnvestorlar bu gün açıqlanacaq FED-in faiz qərarına və rəsmilərin bəyanatlarına fokuslanıblar. Faiz dərəcələrinin böyük ehtimalla dəyişməz saxlanılacağı gözlənilir.

Bugünkü FED iclası Kevin Uorşun sədrliyi ilə keçirilən ilk iclasıdır. İnvestorlar hələ də onun sərt monetar siyasət keçmişini, artan inflyasiyanı və Ağ Evin daha yumşaq siyasət tələblərini necə balanslaşdıracağına əmin deyillər.

CME FedWatch məlumatlarına görə, investorlar artıq dekabr ayında ABŞ-da faiz artırımı ehtimalını 59% səviyyəsində qiymətləndirirlər. Bu göstərici ABŞ-İran sülh razılaşması açıqlanmadan əvvəl, ötən həftə təxminən 70% idi.

Faiz dərəcələrinin yüksək olduğu dövrlərdə qızıl faiz gəliri gətirmədiyi üçün investorlar üçün cəlbediciliyini müəyyən qədər itirə bilir.

İş elanları AzVak.az-da

qızıl qiymətləri altın qiymətləri qızıl bahalaşdı spot qızıl qızıl fyuçersləri Fed faiz qərarı Fed toplantısı ABŞ faiz dərəcələri faiz artırımı gözləntiləri CME FedWatch ABŞ-İran sülh razılaşması İran nefti neft qiymətləri inflyasiya gözləntiləri qlobal bazarlar qiymətli metallar gümüş qiyməti platin qiyməti palladium qiyməti Donald Tramp Kevin Uorş FOMC iclası investorların gözləntiləri Yaxın Şərq gərginliyi qızıl bazarı ons qızıl qiyməti ABŞ iqtisadiyyatı monetar siyasət faiz gəliri gətirməyən aktivlər
17.06.2026 08:36
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19