970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kəlbəcərdə günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

AzVak-mobil_resmin_ustu_31
Kəlbəcərdə günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Respublika ərazisində radionəzarət imkanlarının genişləndirilməsi, radiotezlik spektrinin daha səmərəli idarə olunması və müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu çərçivədə növbəti günəş panelli avtonom radiomonitorinq stansiyası (avtonom RMS) Kəlbəcərdə quraşdırılaraq istifadəyə verilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, müasir texnologiyaların tətbiqi, o cümlədən SDR (proqram əsaslı radioqəbuledici) tipli radioqəbuledici avadanlıqlarla təchiz edilən stansiyanın istismarı nəticəsində Kəlbəcər şəhəri və ətraf ərazilərdə radio yayımların, eləcə də radiotezlik spektrinin məsafədən operativ monitorinqinin aparılması təmin olunub. Yeni yaradılan infrastruktur radiomonitorinq proseslərinin daha çevik və effektiv şəkildə həyata keçirilməsinə imkan verir.

Avtonom RMS-in texniki imkanları sayəsində günün istənilən vaxtında stansiyaya məsafədən qoşulmaq, real vaxt rejimində spektr məşğulluğunu izləmək, ölçmə nəticələrini təhlil etmək və radionəzarət proseslərini məsafədən idarə etmək mümkündür.

Bu stansiyada digər radiomonitorinq stansiyalarının istismarı və müasir texnoloji tələblər nəzərə alınmaqla modernizasiya işləri aparılıb, videomüşahidə sistemi quraşdırılıb. Həmçinin enerji resurslarından səmərəli istifadə məqsədilə avadanlıqların məsafədən aktiv və ya deaktiv olunmasına imkan verən idarəetmə funksiyası tətbiq edilib.

Kəlbəcərdə istifadəyə verilən avtonom RMS işğaldan azad olunmuş ərazilərdə radiotezlik spektrinin monitorinqi və radionəzarət imkanlarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin növbəti mərhələsini təşkil edir.

Ümumilikdə Dövlət Radiotezliklər İdarəsi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Şuşa, Laçın, Zəngilan, Ağdam və Kəlbəcərdə avtonom radiomonitorinq stansiyalarının qurulması təmin olunub. Həmçinin işğaldan azad edilmiş ərazilərdə iş planına və aidiyyəti üzrə tapşırıqlara uyğun radiomonitorinq, ölçmə, texniki nəzarət və vizual baxış işləri aparılır.         

09.06.2026 09:48
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19